Dənizkənarı Milli Parkdakı attraksionlar...
15.10.2025 [08:54]
Təhlükəsizlik necə qorunur?
Parklarda və əyləncə məkanlardakı attraksionlar nə qədər əyləncə və adrenalin mənbəyi olsa da, bəzən ölümlə nəticələnən qəzaların əsas səbəbi də ola bilir. Daha çox azyaşlı və yeniyetmələrin marağını cəlb edən bu qurğuların təhlükəsizliyi vacib məsələdir.
Dünəndən etibarən Bakının Dənizkənarı Milli Parkındakı attraksionlar yenidən fəaliyyətə başlayıb. Bir müddət əvvəl istismar müddəti başa çatdığı və təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün fəaliyyəti dayandırılan attraksionlar yenilənib.
Hazırda sözügedən ərazidə tamamilə yeni, beynəlxalq standartlara cavab verən, müasir və təhlükəsiz attraksionlar quraşdırılıb. İctimai rəyi və təhlükəsizlik amilini nəzərə alan idarə attraksionların yenilənməsi istiqamətində müvafiq işlər görüb. Dənizkənarı Milli Parkın ənənəvi əyləncə zonası yenidən ziyarətçilərin ixtiyarına verilib.
Nasazlıq aşkar edilərsə...
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, attraksionlar təhlükə potensialı olan obyektlər sırasına daxildir və onların istismarı mütləq təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilməlidir.
Onun sözlərinə görə, bu obyektlər ildə azı bir dəfə texniki baxışdan keçirilməli, sazlığı və təhlükəsizlik göstəriciləri müvafiq qurumlar tərəfindən yoxlanılmalıdır: “Əgər yoxlama zamanı nasazlıq aşkar edilərsə, həmin attraksionun istismarına icazə verilmir. Bu halda istismarçı tərəfindən nasazlığın aradan qaldırılması və atraksionun tam texniki hazır vəziyyətə gətirilməsi təmin olunmalıdır”.
Attraksion istismarçılarının nəzərinə!
Texniki baxışdan keçmiş attraksionlara sertifikat verildiyini deyən ekpert əlavə edib ki, bununla yanaşı, attraksionu işlədən şəxslər də bu sahədə lazımi bilik və bacarığa malik olmalı, onlar da müvafiq sertifikasiyadan keçməlidirlər: “Attraksionun istismarı zamanı hər hansı bir problem müşahidə olunarsa, onun istifadəsinə dərhal son qoyulmalıdır”.
Bu halda istifadə yolverilməzdir!
Eskpert onu da nəzərə çatdırıb ki, nasazlıqların kustar üsullarla aradan qaldırılması və attraksionun bu halda istifadəyə verilməsi yolverilməzdir. E.Nurəliyev izah edib ki, bu obyektlərdən əsasən uşaqlar istifadə edir və hər hansı bir texniki nasazlıq ciddi və ağır nəticələrə səbəb ola bilər: “Attraksionlar gündəlik olaraq texniki baxışdan keçirilməli və bu barədə xüsusi jurnalda qeydlər aparılmalıdır”.
Gündəlik yoxlama tədbirləri həyata keçirilir
Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, Dənizkənarı Milli Park ərazisindəki attraksionlardan istifadə edən ziyarətçilərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə lazımi işlər görülüb. Qeyd olunub ki, Milli Park ərazisindəki bütün attraksionlarda İdarənin tabeliyindəki Qurğuların istismarı şöbəsinin ixtisaslaşmış əməkdaşları tərəfindən gündəlik əsasda nəzarət-yoxlama tədbirləri həyata keçirilir.
Bildirilib ki, bununla yanaşı, mütəmadi qaydada kənar mütəxəssislər tərəfindən qurğuların texniki təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılır və mühəndis-texniki heyətin bilik səviyyəsi mütəmadi qiymətləndirilir. Həmçinin attraksionlarda defektoskopiya, ölçü işləri, sınaq və yoxlamaların aparılması məqsədilə əlavə yoxlamalar həyata keçirilib: “Bir qayda olaraq əlverişsiz hava, xüsusilə, güclü külək baş verdiyi zamanlarda Milli Park ərazisindəki attraksionlar təhlükəsizlik səbəbindən fəaliyyət göstərmir. Xüsusilə, ölçülərinə görə fərqlənən və daha mürəkkəb mexanizmi ilə hava şəraitinin təsirlərinə daha çox məruz qalan “Panorama” attraksionu küləyin sürəti 11 m/s-dən artıq olduqda, eləcə də tufan, yağış, ildırım, dolu və ya qar kimi əlverişsiz hava şəraitində fəaliyyət göstərmir. Bu tədbirlər ziyarətçilərin təhlükəsizliyinin təmin olunması və hər kəsin rahat istirahətinə xidmət edir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20

