Könül işi
05.12.2025 [08:36]
Heç bir mənafe güdmədən...
Beynəlxalq Könüllülər Günüdür
Ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək könüllülük prinsipidir. Biz dünən də belə idik, bu gün də beləyik, şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq. Könüllülük həm də kollektiv əmək deməkdir, bərabər işləmək istedadıdır.
Dünya tarixində müasir anlamda könüllü fəaliyyət anlayışına ilk dəfə XVII əsrdə Fransa ordusunda rast gəlinir. Bu anlayış könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. 1881-ci ildə isə ABŞ-də vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə könüllünü ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu.
Könüllülük nədir?
Könüllülük insanların heç bir mənafe güdməyərək məlumat, bacarıq, zaman və hansısa bir sahədə təcrübələrini öz istəkləri ilə ictimai təşəbbüs və yaxud ictimai təşkilatın məqsədi üçün istifadə etmələridir.
Xarici ölkələrdə olduğu kimi, ölkəmizdə də könüllülük Qeyri-Hökumət Təşkilatlarının (QHT) mövcudluğunun təməl ünsürlərindəndir. Könüllülərlə çalışmaq qurumun daha geniş fəaliyyət göstərə bilməsi və geniş əlaqələr qura bilməsi baxımından çox önəmlidir. Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.
Könüllülük psixologiyası...
Ölkəmizdə daha çox könüllülük əsasında çalışan insanlara QHT-lərdə rast gəlmək mümkündür. Çünki bu cür təşkilatların iş prinsipi könüllü olaraq, hər hansı maddi mənafe güdmədən vətəndaş cəmiyyətinin inkişafına dəstək verməkdir. Zamanını, əməyini və bacarığını hər hansı bir layihədə sərf edən insanlar daha çox yardım etmək və başqaları üçün faydalı olmaq üçün könüllü çalışdıqlarını qeyd edirlər. Ancaq bununla yanaşı, bir sıra başqa istəklər də var ki, insanları könüllü olmağa sövq edir. Könüllülük psixologiyasını başa düşmək könüllülərin çalışdığı qurumlarda iş prosesinin daha da effektivliyinə təsir göstərə bilər. Könüllülərin əməyindən istifadə edən hər bir qurumun könüllülük psixologiyasını yaxşı bilməyi vacibdir.
İnsanlar nə üçün könüllü olurlar?
İnsanlar hər hansı bir qurumda və yaxud müəyyən təşəbbüslərdə uzunmüddətli və qısa zaman kəsiyində könüllü olaraq çalışırlar. Bu, insanların şəxsi istəyindən, eləcə də boş vaxtından asılıdır. İnsan psixologiyasından asılı olaraq cavab axtaracağımız sualın cavablarına da müxtəlif aspektdən yanaşmaq olar. İnsanların könüllülük psixologiyasına, yəni nə üçün könüllü olaraq çalışdıqlarına diqqət yetirək:
-İnsanlar yaşadığı sosial çevrələrində önəmli və tanınmış biri olmaq istəyir;
-Könüllü olaraq çalışaraq özlərinə sosial bir əhatə qazanaraq tənhalıqdan və yaxud məyusluqdan özlərini qurtarmaq istəyirlər;
-İnandığı hər hansı bir işə dəstək olmaq istəyirlər;
-Könüllü olaraq çalışmaqla müəyyən təcrübə qazanmaq istəyi;
-Görülən işlər əyləncəli görünə bilər və dolayısı ilə orada olmaqdan insan zövq ala bilər;
-Müəyyən təcrübə və bacarıqları olan insanlar könüllü olaraq çalışmaqla öz biliklərini itirməmək istəyirlər;
-Könüllü olan şəxs özünü ehtiyac duyulan biri kimi görmək istəyir;
-Yeni dost qazanmaq istəyi;
-Özlərində olan qabiliyyətləri başqaları ilə bölüşmək istəyi;
Uğur formulumuz...
Tariximizin ən böyük, təsvirolunmaz təmənnasız könüllülük aktı, əlbəttə ki, Vətənin müdafiəsinə könüllü yollanmağımızdır. Həm də kişi-qadın fərq etmədən... 21-ci əsr ölkəmizin könüllülük həyatında dərin izlər buraxmaqdadır. Çoxsaylı dövlət, özəl, ictimai təşkilat öz fəaliyyətilə könüllülük prinsiplərini qoruduğunu göstərir və hətta beynəlxalq miqyasda xeyriyyəçilik ənənələrimizi nümayiş etdirirlər.
Bu gün ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Ancaq 2013-cü ilə kimi könüllülük ölkədə kiçik komandalarla fəaliyyət göstərirdi. Həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yanında fəaliyyət göstərən “ASAN Könüllüləri Təşkilatı” yaradıldı. Bu hərəkat minlərlə gəncin ilkin əmək vərdişləri qazanmasına, öz peşəsinin incəliklərini öyrənməsinə, yeni bilik və bacarıqlar əldə etməsinə geniş imkan verdi.
Könüllülüyün məkanı, yaşı, sərhədi yoxdur...
Dövlət başçısının 2020-ci ili ölkəmizdə “Könüllülər ili” elan etməsi könüllülük hərəkatının inkişafına daha da təkan verdi. Bununla da könüllü şəxslərin əmək bazarında öz yerlərini tutmalarına münbit şərait yarandı. Eyni zamanda, könüllülük gənclərdə vətənpərvərlik və dövlətçiliyimizə sədaqət kimi keyfiyyətləri formalaşdırdı.
Könüllülüyün zamanı, məkanı, yaşı, sərhədləri yoxdur. Bunu edən şəxs heç bir proqrama qoşulmadan, heç bir ictimai birliyin və ya təşkilatın üzvü olmadan da yerinə yetirə bilər. Çünki könüllülük könül işidir...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41

