İnsan hüquqları...
10.12.2025 [08:51]
Yaşamaq, yaratmaq, inkişaf etmək üçün!
İnsan dünyaya gəldiyi gündən ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. İnsanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. Hətta hər hansı səbəbdən cinayət törədərək həbsxanaya düşən insanın da öz hüquqları var.
Hüququ olmaq, qanadlı quş olub mavi səmada pərvazlanıb uçmaq kimidir. Yaranışından kamil olan insanın yaşamaq, təhsil almaq, ailə qurmaq, övlad dünyaya gətirmək və s. hüquqları var. İntellektli, dünyagörüşlü insan daim öz üzərində çalışaraq irəliyə doğru can atır, qurub yaradır. Azad, hüquqlu, bilikli insan cəmiyyət, dövlət üçün gərəkli işlər görür, ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirməyə çalışır.
Yeri gəlmişkən, dekabrın 10-u Ümumdünya İnsan Hüquqları Günüdür. 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamə qəbul olunub. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-da bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Cəmiyyətin əsas meyarı...
İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar. Vətəndaşın hüquqları onun müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və vətəndaşlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Beynəlxalq ictimai hüquqda onları təsdiqləyən ən məşhur sənəd BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir.
Bərabərlik demokratiyanın ən vacib prinsipidir və bütün vətəndaşlar irqindən, milliyyətindən, cinsindən, yaşayış yerindən, cəmiyyətdəki mövqeyindən, dini və siyasi etiqadından asılı olmayaraq qanun qarşısında bərabərdir. Bu prinsipin pozulması ayrı-seçkilik adlanır. Bərabərlik insan hüquqlarını və məhdudiyyətlərini ehtiva edir.
Qanunlar olmayan yerdə azadlıq da yoxdur
Avropada ilk dəfə insan hüquqları anlayışı intibah dövrünə təsadüf edir və ilk dəfə olaraq “insan hüquqları” ifadəsinə 1789-cu ildə qəbul edilmiş Fransanın İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində rast gəlinib. 17-ci əsrdə yaşamış ingilis filosofu Con Lokk öz əsərində təbii hüquqları yaşamaq, azadlıq və mülkiyyət hüquqları kimi xarakterizə edib. Con Lokk iddia edirdi ki, bu əsas hüquqlar ictimai müqavilədə əks etdirilə bilməz. 1689-cu ildə Böyük Britaniyada qəbul edilmiş hüquqlar haqqında qanuna görə, dövlət orqanlarının zülmkar hərəkətləri qanunsuz hesab edilib.
Bu ölkələrdə insan hüquqları çox pozulur
İnsan hüquqları pozulmalarının geniş yayıldığı ölkələr arasında Şimali Koreya, Suriya, Myanma, İran, Əfqanıstan, Çin, Venesuela, Efiopiya və digər münaqişəli bölgələrdəki dövlətlər qeyd olunur. Bu pozulmalar siyasi məhbuslar, ifadə azadlığının məhdudlaşdırılması, zorakılıq, diskriminasiya və uşaq istismarı kimi geniş spektrdə olur.
Bu gün təkcə təqvimdə bir tarix deyil. Bu, həm də insanların bir-birinə olan hörmətinin, ədalətə inamının və azadlıq arzusunun simvoludur. Hüquqların yox olduğu yerdə insan da məhv olur, hüquqların qorunduğu yerdə isə insan özünü dərk edir, inkişaf edir, yaşayır, yaradır.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47

