/ / Azərbaycanda alternativ turizm növlərinin inkişafı üçün Budaq Budaqov irsi dərindən öyrənilməlidir
Azərbaycanda alternativ turizm növlərinin inkişafı üçün Budaq Budaqov irsi dərindən öyrənilməlidir
28.10.2013 [17:17]
(Korifey alimin əziz xatirəsinə)
İnsan taleyi bu dünyada ölçülüb-biçilib deyirlər. Kimin ömrü nə qədərdir, nə zaman bitəcək, bunu yalnız Allah bilir. Adama elə gəlir ki, Tanrı Budaq ömrünü əvvəlcədən səxavətlə verib. O hər şeyi xalq üçün, millət üçün etdi: təmənnasız, qarşılıqsız... Bəlkə də bu işdə ona millətin «Allah səni min budaq eləsin» duaları ona dəstək oldu:
Son yarım əsrlik tariximizdə o, Azərbaycanın inkişafı naminə əlindən gələni etdi. Onun yurdsevərliyi, torpağa bağlılığı hər bir Azərbaycan gənci üçün bir örnək olmalıdır. Neçə-neçə tələbələr, alimlər yetişdirdi Budaq müəllim. Yalnız qüdrətli Azərbaycan naminə! Bu gün artıq onun meyvələri min budaq yox, on min budaq olub.
Budaq Budaqov hələ 1951-ci ildə Moskvada , SSRİ EA Coğrafiya İnstitutunun aspiranturasına daxil olanda artıq öz taleyini və alın yazısını müəyyən etmişdi. O, yalnız coğrafiyaşünas alim deyildi, eyni zamanda təbiət və poeziya vurğunu idi. Təbiət və poeziya problemi onun publisistikasında xüsusi yer tuturdu. Nizami Gəncəvi, Səməd Vurğun, Məmməd Araz və bir sıra digər klassik şairlərin yaradıcılığında təbiət mövzusundan bəhs edərkən oxuculara təbiəti sevdirmək, elmi-texniki tərəqqi dövründə təbiəti qorumağa, onun gözəlliklərini artırmağa dəvət etmək, təbii sərvətlərdən ağıllı istifadə etməyə, israfçılığa qarşı mübarizə aparmağa çağırış əsas qayəsi idi.
Ona görə də «Nizami əsərlərində təbiət», «Yer adları xalqın sərvətidir», «Toponimika: keçilən yol və gələcəyə baxış», «Bu qala, bizim qala», «Görən kim yaratmış bu təbiəti», «Pirşağının ekoloji qayğıları» və onlarca başqa məqalələri rəğbətlə qarşılanmışdı.
O, bir kitab idi, zaman keçdikcə başqaları tərəfindən səhifə-səhifə oxunurdu. Amma nə qədər diqqətlə oxunsa da, açılmayan, oxunmayan səhifələri çox qaldı. Özü isə əksər hallarda öz kitabını oxumaq və dinləmək imkanına, vaxtına malik olmadı. Onun üçün məmləkətimizin hər qarışı əziz və doğma idi. Qarış-qarış gəzmişdi bu torpağı. Ancaq onun üçün bir anlayış vardı: AZƏRBAYCAN!
Hansı mahala, hansı əyalətə gedərdisə, xalq pişvazına çıxardı. Səyahəti, gəzib dolaşmağı çox sevərdi. Bu əzmkarlığı, bu enerjini təbiətdən, torpaqdan alırdı. Azərbaycan insanına sevgidən alırdı.
Hələ çox-çox əvvələr xarici səfərlərində, elmi müdafiələrində Azərbaycanın əlverişli coğrafi mövqeyi, misilsiz təbiəti, iqlim müxtəlifliyi, adət-ənənə, milli mətbəx zənginliyi, qonaqpərvərliyi haqqında mükəmməl təqdimatları hər zaman həmkarlarının diqqətini cəlb etmişdi və Azərbaycana qarşı xusisi maraq oyatmışdı.
Azərbaycanın bu sadalanan mükəmməl üstünlükləri hər zaman xarici səyahət sevənlərin diqqət mərkəzində olmuşdur. Bu gün bu təbii və ekoloji faktorların uğurlu təbliğatı vətənimizin turizm cənnətinə çevrilməsində həlledici rol oynaya bilər. Azərbaycanın ekoturizmin model ölkəsinə dönməsi uçün bütün amillər vardır. Budaq Budaqov irsinin dərindən öyrənilməsi Azərbcaycanda müalicəvi, termal, ekoloji, macəra, kənd və diğər turizm növlərinin daha da inkişaf etdirilməsi üçün geniş cəbhə açır.
Turizm - müasir dünyamızın mürəkkəb sosial-mədəni, iqtisadi fenomenidir. Turizmin müxtəlif aspektləri bir sıra elm sahələrinin maraq dairəsindədir. İqtisadçılar, coğrafiyaşünaslar, sosioloqlar, pedaqoqlar, psixoloqlar, tarixçilər, mədəniyyətşünaslar, sənətşünaslar və hüquqşünaslar turizmin nəzəriyyə və praktikasını «öz məsələləri» hesab edirlər.
Müasir elmi ədəbiyyatlarda turizm anlayışını müxtəlif formada izah etməyə çalışırlar. Bu sahəyə coğrafi faktorlu yanaşmalar daha çox üstünlük təşkil edir.
Fikrimizi əsaslandırmaq üçün yalnız aşağıdakı məqalələri qeyd etmək kifayət edər ki, gənc mütəxəssislərin yeni elmi araşdırmalarına bir zəmin yaransın. Akademik Budaq Budaqovun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur. Onun «Ən yüksək zirvələrdə», «Canlı adalar», «Qərq olmuş dağlar», «İki mərtəbəli çay», «Üzən su anbarları», «Coğrafı adlar tarixi abidədir», «Toxunulmaz müqəddəslər» və s. bu səpkidə yazdığı 180-dən artıq elmi-kütləvi və publisistik məqalələr «Elm və həyat», «Azərbaycan təbiəti», «Azərbaycan məktəbi», «Ulduz» jurnallarında, «Vətən səsi», «Ədəbiyyat və incəsənət» və s. qəzetlərdə dərc edilmişdir.
Alimin «Coğrafı adlar tarixi abidədir», «Qərq olmuş dağlar», «İki mərtəbəli çay» kimi məqalələri ölkəmizdə beynəlxalq turizm marşrutlarının yaradılması, Azərbaycanın ekoloji, mədəni-tarixi və etnoqrafik irsinin dünyada tanıdılması üçün çox böyük vəsilə ola bilər.
Mütəxəssislər bu gün deyirlər ki, məktəblərdə turizm və səyahətsevərlər klublarının yaradılmasına böyük ehtiyac var. Gənclərə təbiəti sevmək hissləri aşılanmalıdır. Milli parklar və füsunkar güşələrimizə intensiv turlar təşkil olunmalıdır. Budaq Budaqovun Azərbaycan, onun təbiəti, yerləşməsi, toponimləri, flora və faunası ilə bağlı fikirləri kitabçalar, broşuralar və digər çap məhsulları şəklində istehsal olunmalı və hər bir yurdsevər vətəndaşımızın masaustu məlumat vasitəsinə çevrilməlidir. Budaq Budaqov irsi dünya çapında tanıdılmalı, gənc alimlərin bu istiqamətdə elmi fəaliyyətləri stimullaşdırılmalıdır. Çünki yeni nəsilin qarşısında böyük bir missiya durur. Onun yaratdığı on min budağı yüz min və daha çox etməliyik....
Dərin hörmət və etiramla,
«Millennium Tourism & Congress DMC»nin
direktoru Ruslan Quliyev
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09

