Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə ilk köç karvanı yola salınıb

Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə ilk köç karvanı yola salınıb

09.01.2026 [14:03]

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Ağdərə rayonunun təmir-bərpa işlərinin aparıldığı Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndləri də daimi sakinlərini qəbul etməyə hazırdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın 9-da Tərtərdən Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə ilk köç yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. İlk mərhələdə Ağdərə rayonunun 4 yaşayış məntəqəsinə 89 ailə (337 nəfər), o cümlədən Aşağı Oratağ kəndinə 31 ailə (119 nəfər), Çapar kəndinə 26 ailə (96 nəfər), Heyvalı kəndinə 19 ailə (74 nəfər), Çıldıran kəndinə isə 13 ailə (48 nəfər) köçürülür.

Ağdərə sakinləri uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayıblar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31