Müasir infrastruktur quruculuğu strateji hədəflərdən biri kimi
27.01.2026 [10:49]
İnfrastruktur quruculuğu hər bir ölkə üçün həm iqtisadi inkişaf, həm də yüksək vətəndaş məmnunluğunun təmin edilməsi baxımından müstəsna önəm daşıyır. Məqsədyönlü siyasətini mövcud reallıqları və yaranan çağırışları nəzərə almaqla quran Azərbaycan dövləti də ölkə boyunca müasir infrastruktur quruculuğunu özünün strateji hədəflərindən biri kimi müəyyənləşdirib. Bunun nəticəsi olaraq Azərbaycan qısa müstəqillik tarixində infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyevin 12 yanvar 2026-cı il tarixində imzaladığı müvafiq Sərəncamla “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib. Eyni zamanda, həmin tarixdə Prezident İlham Əliyevin sədrliyi ilə Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib.
Əsas infrastruktur məsələləri öz həllini tapıb
Respublikamızda 2003-cü ildən hər bölgənin iqtisadi potensialı və əmək ənənələri nəzərə alınmaqla hazırlanaraq qəbul edilən bir neçə regional inkişaf proqramı uğurla icra olunub. Bu proqramların icrası çərçivəsində həmçinin müxtəlif təyinatlı infrastruktur obyektlərinin inşası diqqət mərkəzində saxlanılıb. İnfrastruktur obyektlərinin tikintisi bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılıb. İlk növbədə yeni generasiya güclərinin yaradılması sayəsində ölkənin enerji təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsinin önəmini qeyd etmək lazımdır. Dövlət başçısı bu məsələyə toxunarkən bildirib ki, bir vaxtlar bu sahədə vəziyyət ürəkaçan deyildi: “Respublikada açıq-aşkar enerji qıtlığı problemi yaşanırdı. O cümlədən də şəbəkə köhnəlmişdi və onun yükgötürmə qabiliyyəti hədsiz dərəcədə məhdud idi. Xüsusilə də küləkli, yağışlı havalarda iqtisadiyyatın və əhalinin enerji təminatında ciddi çətinliklər yaranırdı. Müşavirədə bildirildiyi kimi, reallaşdırılan layihələr sayəsində ölkəmiz enerji təchizatı sahəsində tamamilə yeni mərhələyə qədəm qoyub. “Bu gün isə görülmüş tədbirlər nəticəsində həm generasiya gücləri yaradıldı, - hazırda təqribən 10 min meqavata yaxındır, - eyni zamanda, yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə - bütün bu məsələlər vahid sistem halına salınmışdır. Vaxtilə bu sahədə qüsurların böyük hissəsi aradan qaldırılmışdır. Biz bu gün nəinki öz enerji tələbatımız haqqında, - bu məsələ həll edilmiş hesab olunur”.
Ötən dövrdə qazlaşdırma infrastruktur quruculuğunun digər bir mühüm istiqamətini təşkil edib. Hazırda respublikamızda əhalinin mavi yanacaqla təminatı 96 faiz səviyyəsindədir ki, bu da böyük nailiyyətdir. Hətta ucqar dağ kəndlərində belə qazpaylayıcı şəbəkələr qurulub və təchizatda hər hansı bir problem yaşanmır. Bir vaxtlar Azərbaycan daxili mənbələr hesabəna iqtisadiyyatın və əhalinin mavi yanacağa olan tələbatını ödəmək iqtidarıında deyildi. Bu gün isə vəziyyət tamam fərqlidir - Azərbaycan öz imkanları hesabına həm daxili tələbatını tam ödəyir, həm də ayrı-ayrı ölkələrə, o cümlədən də Avropaya böyük həcmlərdə qaz ixrac edir.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilər də daxil olmaqla ölkəmizdə avtomobil yollarının inşası geniş vüsət alıb. Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, layihələr həm magistral, həm də yerli əhəmiyyətli yollarda icra edilir. Bu sahədə də statistika kifayət qədər zəngindir. Belə ki, bəhs olunan dövrdə ölkə ərazisində 20, 767 km yol inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Həmçinin 499 körpü və yol ötürücüləri,114 yeraltı və yerüstü piyada keçidləri istifadəyə verilib.
Ölkə boyunca reallaşdırılan su layihələri
Azərbaycan dövlətinin su təminatı məsələsinə həssas yanaşması da təsadüfi deyil. Bu məsələnin aktuallığını artıran bir sıra ciddi amillər var. İlk növbədə onu qeyd edək ki, respublika üzrə yerüstü su ehtiyatlarının təqribən 75 faizi qonşu ölkələrdən daxilolmaların hesabına formalaşır və qlobal iqlim dəyişikliyi həmin su axımlarının həcminə də öz təsirini göstərir. Qonşu ölkələrdən, xüsusilə də Ermənistan ərazisindən daxil olan suların mütəmadi olaraq çirkləndirlməsi də ciddi problemdir. Eyni zamanda, qlobal iqlim dəyişmələri və orta temperaturun yüksəlməsi, yağıntıların və çaylarda sululuğun əhəmiyyətli dərəcədə azalması su ehtiyatlarının həcminə mənfi təsir göstərir. Digər bir vacib faktor isə Azərbaycanın davamlı inkişafı ilə bağlıdır. Ölkə miqyasında aqrar sektorun və sənayenin inkişafı suya olan tələbatı da artırır.
Azərbaycanda son 22 ildə mövcud su resurdslarından səmərəli istifadə edilməsi üçün bir sıra mühüm layihələr reallaşdırılıb. O cümlədən iri su anbarlarının inşası, ayrı-ayrı ünvanlarda magistral xətlərin yenidən qurulması, artezian quyularının qazılması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi, təmizləyici qurğuların işə salınması ölkə miqyasında su təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Görülən işlərin nəticəsi olaraq hazırda ölkə üzrə fasiləsiz su təminatı 72,5 faizə yüksəlib. Bakı və Abşeronda isə bu göstərici 70 faiz səviyyəsindədir.
İşğaldan azad olunmuş ərazilərdə reallaşdırılan su layihələri də kifayət qədər geniş əhatə dairəsinə malikdir. Bu ərazilər su ehtiyatları ilə zəngin bir diyardır. Respublikamızın su mənbələrinin təqribən dörddəbir hissəsi məhz üç onillik ərzində Ermənistanın nəzarətində qalmış regionda formalaşır. İndi həmin torpaqlar azaddır. Qalib Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra vaxt itirmədən qeyd olunan ərazilərin su ehtiyatlarından səmərəli şəkildə istifadə edilməsini hədəfləyən layihələrin icrasına start verib. Bu ərazilərdə ötən beş il ərzində “Sərsəng”, “Suqovuşan”, “Xaçınçay”, “Zabuxçay” su anbarları yenidən qurulub. Bu istiqamətdə işlər gələcəkdə də davam etdirləcək. O cümlədən “Həkəriçay” və “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur.
Bakının və Abşeronun su təminatında yeni mərhələ
Müvafiq Dövlət Proqramının təsdiqlənməsi ilə Bakının və Abşeronun su təchizatında yeni mərhələ başlayır. Yeni Dövlət Proqramının təsdiqlənməsi həmçinin Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasənn qəbul edilən milli su strategiyasının hədəflərinə uyğundur. Bu sənəddə su strategiyası bir sıra mühüm istiqamətlər üzrə qruplaşdırılıb. Bu sırada aşağıdakıları sadalamaq mümkündür:
-Əhalinin içməli suya tələbatının tam ödənilməsi üçün yeni su mənbələrinin yaradılması,
- Su itkilərinin azaldılması.
-Su-kanalizasiya və yağış suyu infrastrukturunun inkişaf etdirilməsi,
- Bakı şəhəri və Abşeron yarımadasının kanalizasiya şəbəkəsi ilə tam əhatə olunması,
-Xəzər dənizinin və göllərin ekoloji mühitinin yaxşılaşdırılması və s.
Milli su strategiyasında mühüm hədəflərdən biri də dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli suyun istehsalıddır. Müşavirədə vurğulandəığı kimi, bu, dövlət-özəl tərəfdaşlığı səviyyəsində belə miqyasda hazırlanan ilk layihədir. Layihənin tenderinin qalibi Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti olub. Reallaşdırılacaq meqalayihə sayəsində duzsuzlaşdırılacaq su Bakı şəhərində və Abşeron yarımadasında faktiki istifadə olunan suyun 25 faizini təşkil edəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

