“Gənc istedadlar” liseyi yüksək nailiyyətlər qazanır
20.11.2013 [09:23]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən Bakı Dövlət Universiteti nəzdində “Gənc istedadlar” liseyi 2012-2013-cü tədris ilində “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qaliblərindən biri olub.
AzərTAc xəbər verir ki, bu münasibətlə noyabrın 19-da Bakı Dövlət Universitetində (BDU) tədbir keçirilib.
Müvafiq qurumların nümayəndələrinin, tanınmış alimlərin, müəllim və şagirdlərin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Müasir dünyada elmin, təhsilin xüsusi rolunu vurğulayan rektor dövlətimizin başçısı İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.
Akademik A.Məhərrəmov 2007-ci ildən BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin fəaliyyət göstərdiyini qeyd edərək, təhsil müəssisəsində qazanılan nailiyyətlərdən bəhs edib, şagirdlərin respublika və beynəlxalq olimpiadalarda, müsabiqələrdə əldə etdikləri uğurları diqqətə çatdırıb.
“Gənc istedadlar” liseyinin direktoru, professor Qasım Hüseynov “Lisey inkişaf və yüksəliş yollarında” mövzusunda məruzə edib. liseydə 518 şagirdin təhsil aldığını qeyd edən məruzəçi, eyni zamanda bildirib ki, təhsil müəssisəsinin 5 buraxılışı olub. Məzunlar Azərbaycanın və ayrı-ayrı xarici ölkələrin nüfuzlu ali məktəblərinə qəbul ediliblər.
Liseyi bitirən 142 məzundan 76 nəfəri qəbul imtahanlarında 500-dən, o cümlədən 33 nəfər 600-dən çox bal toplayıb.
Professor Q.Hüseynov məzunların arasında qızıl medala və Prezident təqaüdünə layiq görülənlərin olduğunu da diqqətə çatdırıb.
Digər çıxış edənlər də qazanılan uğurlara görə liseyin müəllim və şagirdlərini təbrik edib, onlara təhsildə yeni nailiyyətlər arzulayıblar.
Sonra şagirdlər və incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52

