Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
19.03.2026 [23:42]
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən əmək münasibətlərində cinsə görə ayrı-seçkiliyə yol verilmir. İşə qəbul, əmək şəraiti, əməkhaqqı və vəzifədə irəli çəkilmə məsələlərində qadın və kişilər üçün bərabər hüquqlar təmin olunur. Eyni və ya eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi də qanunvericilikdə təsbit edilib.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Qeyd olunub ki, ölkəmizin Əmək Məcəlləsində hamilə qadınların və azyaşlı uşaqları olan valideynlərin hüquqlarının qorunması ilə bağlı mühüm təminatlar nəzərdə tutulur. Belə ki, əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti müəyyən edilmir. Hamilə qadınlar və uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların attestasiyası keçirilmir.
İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların müəssisənin ləğvi və əmək müqaviləsinin müddətinin bitməsi əsasları istisna olmaqla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı da müəyyən edilir və həmin qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Onlara qısaldılmış iş vaxtı şəraitində çalışarkən də əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.
Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar yalnız öz razılıqları olduğu halda gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilə, ezamiyyətə göndərilə bilərlər.
Eyni zamanda, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin qeyd edilən əlavə və qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.
Ölkəmizdə qadınların məşğulluq imkanlarının artırılması üçün son illər əmək qanunvericiliyində növbəti mühüm dəyişikliklər də edilib və həmin islahatlar Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında nümunə kimi göstərilib. Qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən isə, hamiləliyə və doğuşa görə məzuniyyətlə bağlı müddəalar beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilib. Belə ki, məzuniyyətin doğuşdan əvvəlki hissəsi doğuş gözlənilən tarixdən uşağın faktiki doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və həmin halda doğuşdan sonrakı hissə qısaldılmır.
Bütün bunlar əmək münasibətlərində gender prinsiplərinin gücləndirilməsinə xidmət edir və qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab olunmur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 13:32
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35

