“Gəncə Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimat mərasimi keçirilib
27.12.2013 [09:21]
Dünən Gəncə şəhərində bir sıra təhsil müəssisələri də əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Dekabrın 26-da Gəncə şəhərində “Gəncə Avropa Gənclər Paytaxtı -2016” layihəsinin təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə, millət vəkilləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədri Şahin Seyidzadə çıxış ediblər.
Sonra tədbir iştirakçıları Gəncə şəhər Uşaq Yaradıcılıq Mərkəzinin yeni tikilmiş binasının açılış mərasimində iştirak ediblər. Açılışda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və gənclər və idman naziri Azad Rəhimov çıxış ediblər.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzinin yeni binası müasir tələblərə cavab verən yeni maddi-texniki baza, müasir avadanlıqlar və inventarla təchiz edilib.
Həmin gün Gəncə şəhər N.Nərimanov adına 25 saylı orta məktəb əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Hazırda burada 530 şagirdin təhsili və tərbiyəsi ilə 81 nəfər müəllim, 9 nəfər yardımçı pedaqoji heyət məşğul olur. Məktəbin açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış edərək, ölkə başçısı cənab İlham Əliyevin təhsilə, yeniyetmə və gənclərin inkişafına hərtərəfli diqqətindən, qayğısından söhbət açıb, Gəncənin də bu inkişaf və tərəqqinin önündə olduğunu vurğulayıblar.
26 dekabr Mirzə Şəfi Vazeh adına 16 nömrəli məktəbin kollektivinin də həyatında əlamətdar olub. Yüksək səviyyədə, müasir üslubda təmir olunan məktəb binasının lenti kəsilib. 1968-ci ildən fəaliyyət göstərən məktəbdə 1500 şagird təhsil alır. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və təhsil naziri Mikayıl Cabbarov çıxış edərək, məktəbin müəllim və şagird kollektivini təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Şəhər rəsmiləri və qonaqlar məktəbin sinif otaqlarına baxış keçirib. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Naqif Həmzəyev məktəblərdə “ağıllı sinif” layihəsi haqqında məlumat verib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu layihənin bütün məktəblərdə tətbiq olunmasını tövsiyə edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

