Bakıda “Bələdiyyə fəaliyyətində şəffaflıq və hesabatlılıq” mövzusunda seminar keçirilib
06.02.2014 [09:31]
Fevralın 5-də Bakıda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyaları ilə birgə “Bələdiyyə fəaliyyətində şəffaflıq və hesabatlılıq” mövzusunda seminar keçirib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Bakı şəhərinin və ətraf rayonların bələdiyyələrinin sədrləri və işçiləri iştirak ediblər.
Seminarda Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək ölkəmizdə yerli özünüidarəetmə orqanlarının işinin təşkili ilə bağlı həyata keçirilən tədbirlərdən, respublikamızın sosial-iqtisadi inkişaf prosesində bələdiyyələrin iştirakından, bu işə dövlətin dəstəyindən, müvafiq Dövlət Proqramından, o cümlədən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tapşırıqların icrasından, bələdiyyələrin fəaliyyətində şəffaflığın təmin olunmasından, eyni zamanda, yerli özünüidarə sahəsində mövcud problemlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
Mehdi Səlimzadə deyib ki, bələdiyyələr fəaliyyətlərində şəffaflığı təmin etməli, mütəmadi olaraq öz seçiciləri qarşısında fəaliyyətləri ilə bağlı hesabat verməlidirlər.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin son çıxış və görüşlərində bütün idarəetmə orqanları rəhbərlərinin fəaliyyətlərində şəffaflığın təmin olunması, qanunsuz hərəkətlərə qarşı mübarizənin gücləndirilməsi, məmurların etik davranış qaydalarına ciddi riayət etmələri mühüm vəzifə kimi qarşıya qoyulub. Bu vəzifələr bütün dövlət və hökumət strukturları kimi, yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin vəzifəli şəxslərini və üzvlərini də öz işlərinə daha da məsuliyyətlə yanaşmağa, vətəndaşlarla münasibətdə daha diqqətli olmağa sövq edir.
Tədbirdə çıxış edən Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, bugünkü seminar bələdiyyələrin işinə müsbət təsir göstərəcək. Azərbaycanda həyata keçirilən genişmiqyaslı yenidənqurma və abadlıq işlərindən danışan Arif Rəhimzadə bu işdə bələdiyyələrin əvəzolunmaz rolunu qeyd edib.
Bildirib ki, bələdiyyələr insanlarla daim təmasda olmalı, öz işləri haqqında onlara məlumat verməlidirlər. Bunun üçün bələdiyyələrə müəyyən səlahiyyətlər verilib. Bələdiyyələr öz işlərini aşkarlıq və şəffaflıq şəraitində qurmalı və yerli əhalini ölkədə gedən proseslərə cəlb etməlidirlər.
Seminarın çox aktual mövzunun müzakirəsinə həsr olunduğunu deyən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, şəffaflıq və hesabatlılıq ilk növbədə bələdiyyələrin özləri üçün çox vacibdir. O, eyni zamanda, diqqətə çatdırıb ki, bələdiyyələr gördükləri işləri təbliğ etməyi də bacarmalıdırlar. Çünki bu, aşkarlığın və şəffaflığın təmin edilməsinin mühüm bir formasıdır.
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev və digər çıxış edənlər də dövlətin bələdiyyələrin fəaliyyətinə hərtərəfli kömək göstərməsini yüksək qiymətləndiriblər.
Tədbirdə bu cür seminarların həm maarifləndirilmə, həm də hüquqi baxımdan əhəmiyyətli olduğu, ümumi işin daha da keyfiyyətlə həyata keçirilməsinə təkan verəcəyi bildirilib.
Seminarda bələdiyyə mülkiyyətinin idarə olunmasında və büdcə məsələləri ilə bağlı maliyyə vəsaitlərinin səmərəli, qərarlaşmış istiqamətlərə uyğun xərclənməsində yol verilmiş nöqsanların aradan qaldırılmasının vacibliyi vurğulanıb. Bütün bunların bələdiyyələrin üzərilərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə və əhali qarşısında nüfuzunun artmasına imkan verəcəyi bildirilib.
Tədbirdə, həmçinin Bələdiyyələrlə İş Mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə dəstəyi ilə ölkə üzrə “Bələdiyyələrdə mühasibat uçotunun təşkili” mövzusunda təşkil olunan təlimlərin yekununa həsr edilmiş hesabatın təqdimatı keçirilib.
Seminarda, eyni zamanda, “Bələdiyyələrin fəaliyyətində şəffaflıq”, “Şəffaf büdcə proqramı: yerli vergi ödəyicilərinin uçotunun və yerli vergilərin hesablanmasının elektronlaşdırılması” mövzularında məruzələr dinlənilib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

