RİTN və KİVDF-nin birgə təşkil etdikləri müsabiqəyə yekun vurulub
06.02.2014 [09:36]
Fevralın 5-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 2013-cü ilin “İnformasiya texnologiyaları ili” elan olunması ilə əlaqədar birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
KİVDF-dən AzərTAc-a bildiriblər ki, tədbirdə 2013-cü ilin Azərbaycanda “İnformasiya texnologiyaları ili” elan olunmasını xatırladan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bu müddətdə böyük əhəmiyyətə malik çoxsaylı tədbirlərin keçirildiyini vurğulayıb. Nazir müavini deyib: “Bildiyiniz kimi, ötən il ilk süni peykimiz orbitə çıxarılmış, Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrilmişdir. Keçən il həm də təxminən 1000 kilometr uzunluğunda optik kabel xətti çəkilmişdir. Ölkə ərazisinin 98 faizi isə artıq rəqəmsal yayımla əhatə olunmuş, qalan ərazilər üzrə də iş aparılır. Elektron imzalardan istifadə edənlərin sayı 50 min nəfəri keçmişdir. O da təqdirəlayiq haldır ki, ölkədə tam şəkildə vahid nömrələmə sisteminə keçilmişdir. Mobil telefonların qeydiyyat sisteminin yaradılması da “İnformasiya texnologiyaları ili”nin növbəti uğurlarındandır. Bundan əlavə, ölkəmizdə mobil nömrələrin daşınması sisteminə də başlanılmışdır. Bu və digər tədbirlər insanlara daha yüksək xidmət göstərməyə imkan verir. Ötən ilin önəmli tədbirlərdən biri də, KİVDF ilə birgə jurnalistlər arasında fərdi yazı müsabiqəsinin keçirilməsi ilə bağlı idi. Müsabiqənin əsas məqsədi yaranan yeni xidmətlər barədə cəmiyyətin daha geniş şəkildə məlumatlandırılmasından ibarət olmuşdur”.
Daha sonra keçirilən müsabiqə barədə tədbir iştirakçılarına ətraflı məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2013-cü il noyabrın 18-dən başlanan müsabiqəyə 5 istiqamət üzrə, ümumilikdə, 38 yazı təqdim edilib. Hər bir yazı 3 ekspert tərəfindən qiymətləndirilib. Şərtlərə görə, hər istiqamət üzrə üç qalib müəyyənləşdirilib. Beləliklə, 5 istiqamət üzrə, ümumilikdə, 15 jurnalist əsas mükafata layiq görülüb. Bundan əlavə, 15 jurnalist həvəsləndirici mükafat alıb.
Daha sonra qaliblərə mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

