Əsaslı təmirdən sonra Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının açılışı olub
14.02.2014 [09:06]
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtımızın hər yerində olduğu kimi Bakı şəhərinin ən qədim qəsəbələrindən olan Bibiheybət qəsəbəsi də günbəgün yenilənir və inkişaf edir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və bu Proqrama Əlavə Tədbirlər Planına uyğun olaraq ötən il qəsəbədə yerləşən 50 saylı orta məktəb və 70 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunub, qəsəbədə yeni poçt məntəqəsi yaradılıb.
Ötən müddət ərzində, eyni zamanda, Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanası da istifadəyə verilib.
Səbail rayonu və Bibiheybət qəsəbəsinin ictimaiyyəti, qəsəbədəki orta məktəbin kollektivi, bələdiyyə üzvləri, ağsaqqalların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qəsəbədəki Mədəniyyət evi və kitabxananın əsaslı təmiri ilə bağlı həyata keçirilən işlər barədə məlumat verib, qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğı nəticəsində Bibiheybət qəsəbəsində son illərdə bir sıra sosialyönümlü işlər həyata keçirilib. Natiq qəsəbənin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışıb.
Daha sonra Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən imzalanmış Dövlət proqramlarının icrası nəticəsində respublikamızın bütün bölgələrində, o cümlədən Bakı şəhərində yeni tikilmiş və ya əsaslı təmir olunmuş mədəniyyət ocaqları barədə məlumat verib, bu işlərin davam etdiriləcəyini bildirib.
Qonaqlar Mədəniyyət evi və kitabxanada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub, işlərin keyfiyyətindən razı qalıblar.
Sonra Mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri üzvlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilib.
Bibiheybət sakinləri qəsəbə üçün mühüm əhəmiyyət kəsb edən Mədəniyyət evi və kitabxananın əsaslı təmirinə, burada yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45

