Azərbaycanda Qadın İştirakçılığı Proqramının ikinci mərhələsinə başlanılıb
15.02.2014 [10:58]
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Kaunterpart İnternational” təşkilatının Azərbaycanda 2012-ci ildən etibarən həyata keçirdiyi Qadın İştirakçılığı Proqramının ikinci mərhələsinə başlanılıb.
AzərTAc xəbər verir ki, bununla bağlı fevralın 14-də Azərbaycan Universitetində keçirilən tədbirdə “Lider Qadınlar” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Məlahət Həsənova və Universitet Təhsilli Qadınlar Cəmiyyətinin sədri Tamam Cəfərova çıxış edərək proqram çərçivəsində görülmüş işlərdən danışıblar.
Diqqətə çatdırılıb ki, proqramın ümumi məqsədi ictimai məlumatlandırma, qadınların qərarvermə proseslərinə təsirinin gücləndirilməsi, qadın hüquqları sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının və dövlət strukturlarının bacarıqlarının artırılması yolu ilə Azərbaycanda qadınların vəziyyətinin yaxşılaşdırılmasıdır.
Məlumat verilib ki, layihənin birinci dövrü ötən ilin iyul ayında uğurla başa çatıb. Bu müddətdə “Lider Qadınlar”, “Qadınlar Gələcək Uğrunda” ictimai birlikləri və Universitet Təhsilli Qadınlar Cəmiyyətindən ibarət koalisiya Qadın İştirakçılığı Proqramı çərçivəsində “Qərar qəbulu prosesində qadınların bərabərhüquqlu təmsilçiliyinin artırılması gender bərabərliyinin əsas şərtidir” adlı layihəni həyata keçirib. Layihə müddətində Bakıda və Azərbaycanın 5 bölgəsində (Şəmkir, Gədəbəy, Lerik, Qobustan, Xızı) qadın liderliyi ilə bağlı silsilə maarifləndirmə təlimləri, məmurların iştirakı ilə ictimai dinləmələr keçirilib. Bu il yanvarın 15-dən isə Qadın İştirakçılığı Proqramının ikinci mərhələsinə başlanılıb. İkinci mərhələdə “Seçkili orqanlarda qadınların təmsilçiliyinin artırılması” layihəsi icra olunacaq. Layihənin əsas məqsədi seçkili orqanlarda qadınların təmsilçiliyini artırmaq, onların siyasi və sosial-iqtisadi proseslərə təsirini gücləndirməkdir.
Bildirilib ki, qadınların siyasi iştirakçılığının, seçkili orqanlarda təmsilçiliyinin artırılması zərurətinin əsaslandırılması ilə bağlı ictimai məlumatlandırma və maarifləndirmə kampaniyasının aparılması, onların namizəd qismində seçkilərdə iştirak etməyə həvəsləndirilməsi, habelə potensial qadın namizədlərin seçki texnologiyaları sahəsində maarifləndirilməsi, qadın namizədlərin seçki kampaniyasının təşkili, o cümlədən könüllü qadın müşahidəçilərin hazırlanması layihənin əsas vəzifələrindəndir. Bundan əlavə, qarşıdan gələn bələdiyyə və parlament seçkilərində qadın namizədlərin sayının artırılması və qadınların siyasi iştirakçılığı platformasının gücləndirilməsi də layihənin hədəflərindən sayılır.
Layihə çərçivəsində Bakı, Salyan, Sabirabad, Lerik, Yardımlı, İsmayıllı və Yevlaxda qadın forumları, ictimai dinləmələr, bələdiyyə seçkilərində namizəd qadınlar və müşahidəçilər üçün, eləcə də 18-35 yaşlı qadınlar üçün sahibkarlığın inkişafı ilə bağlı silsilə təlimlər keçiriləcəyi də qeyd edilib. Layihə 2015-ci il iyun ayında başa çatacaq.
Bildirilib ki, layihə birinci mərhələdə olduğu kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi və iştirakı ilə həyata keçiriləcək.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və müvafiq təkliflər verilib.
Xəbər lenti
Hamısına baxSosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45

