/ / AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə alimin zəngin elmi və pedaqoji fəaliyyətindən bəhs edən sərgi açılıb
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə alimin zəngin elmi və pedaqoji fəaliyyətindən bəhs edən sərgi açılıb
18.02.2014 [09:37]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli alim və ictimai xadim, fizika-riyaziyyat elmləri doktoru, Dövlət mükafatı laureatı, akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə alimin zəngin elmi və pedaqoji, ictimai fəaliyyətindən bəhs edən sərgi açılıb.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasından AzərTAc-a bildiriblər ki, sərgidə görkəmli alim, akademik Arif Paşayevin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti haqqında oçerklər, onun elmi rəhbəri və elmi məsləhətçisi olduğu dissertasiyaların daxil olduğu və Mərkəzi Elmi Kitabxananın hazırladığı “Biblioqrafiya”, xeyli sayda elmi əsərləri, o cümlədən alimin həmmüəllifi olduğu “Radiaktiv və kosmik şüalar”, “Bərk cisimlər fizikası”, “Aeronaviqasiyada kartoqrafik proyeksiyalar”, Aviasiya elektron sistemlərinin element və qurğularına aid “Elektronikanın əsasları”, “Antena-Fider qurğularının hesabatı və layihələndirilməsi” və s. kitablar nümayiş etdirilir.
Xatırladaq ki, Arif Paşayev 1966-cı ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi, 1978-ci ildə “Yarımkeçiricilərin tədqiqində qeyri-dağıdıcı üsulların fiziki əsasları, inkişaf prinsipləri və tətbiqi perspektivləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.
Görkəmli alim fizika elminin aktual problemlərinə dair geniş tədqiqatlar aparıb, orijinal, proqram təminatlı eksperimental qurğu yaradıb.
Akademik Arif Paşayev 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir, 60-dan çox ixtira üçün müəllif şəhadətnaməsi alıb.
Hazırda Milli Aviasiya Akademiyasına rəhbərlik edən Arif Paşayev bu sahədə də böyük xidmətlər göstərib. Onun rəhbərliyi ilə Azərbaycan aviasiyası üçün milli kadrlar - təyyarəçilər, mühəndislər, ümumən 16 ixtisas üzrə mütəxəssislər hazırlanır.
Akademik Arif Paşayev elmi nailiyyətlərinə görə yüksək mükafatlara layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 14 fevral tarixli Sərəncamı ilə görkəmli alim Arif Paşayev səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

