Yaşlı nəslin təcrübəsindən faydalanaq
21.02.2014 [09:13]
Binəqədi rayonunda bu mövzuda tədbir keçirilib
Azərbaycan Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” adlı tədbir keçirilib. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi rayon Qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova, psixoloq Narınc Rüstəmova, din xadimi Musa İbrahimov, həmçinin, yaşlı və gənc nəslin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva möhkəm və sağlam ailənin cəmiyyətdəki rolundan danışıb, güclü dövlətin məhz belə ailələrdən təşkil olunduğunu bildirib.
Hazırda dövlət tərəfindən ailələrə göstərilən qayğıdan bəhs edən A.Əliyeva gənclərin ailə dəyərlərini qorumaq və ailəni möhkəm təməllər üzərində formalaşdırmaq baxımından yaşlı nəslin əldə etdiyi sosial təcrübədən faydalanmasının vacibliyini vurğulayıb. RİH başçısının müavini bu nöqteyi-nəzərdən belə maarifləndirici tədbirlərin əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında ölkədə ailə məsələlərinə önəm verildiyini diqqətə çatdıraraq, bu tədbirin yaşlı nəsil ilə gənc nəsil arasında dialoq funksiyası daşıdığını bildirib.
Ailə məsələlərindən hüquqi müstəvidə bəhs edən Binəqədi rayon Qeydiyyat şöbəsinin rəisi Tavat İsmayılova möhkəm və davamlı ailənin qurulmasında hüquqi maarifləndirmənin zəruri olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Psixoloq Narınc Rüstəmova isə tədbir iştirakçılarının diqqətini ailə münasibətlərinin psixoloji aspektlərinə yönəldərək sağlam həyat tərzinin fiziki, qarşılıqlı hörmət və ehtiramın isə psixoloji baxımdan sağlam ailənin təminatçısı olduğunu qeyd edib.
Ailə dəyərlərini milli-mənəvi prizmadan izah edən din xadimi Musa İbrahimov İslam dinində ailənin xüsusi önəm daşıdığını bildirib, o, ailə münasibətlərində milli-mənəvi dəyərlərin qorunmasını ailələrin davamlı və dayanıqlı olmasının təminatçısı kimi səciyyələndirib.
Tədbirdə uzunömürlü ailə örnəyi kimi professor Dünyamalı Vəliyev möhkəm ailə münasibətlərinin yaranmasının səbəblərini izah edib, gənc ailələrə dəyərli tövsiyələr verib.
Daha sonra tədbir iştirakçıları mövzu ətrafında müzakirələr aparıblar. Sonda ən uzunömürlü və gənc ailələrə Binəqədi rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

