Xocalı qətliamı XX əsrdə törədilmiş ən dəhşətli faciədir
26.02.2014 [09:45]
Fevralın 25-də Nərimanov rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Nərimanovda məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri, faciə zamanı hər iki valideynini itirmiş gənclər iştirak ediblər.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək deyib ki, Xocalı qırğını XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciədir. O, erməni silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilmiş bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.
A.Fərzəliyev Xocalı hadisələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq miqyasda bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını qeyd edib. O, haqq səsimizin bütün dünyada eşidilməsi üçün hər bir azərbaycanlının fəallıq göstərməsinin önəmini vurğulayıb, həmvətənlərimizin bu istiqamətdə səfərbər olmasının, torpaqlarımızın azad edilməsində Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməyimizin vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxmış Xocalı faciəsi tarix boyu erməni qəsbkarları tərəfindən xalqımızın başına gətirilmiş soyqırımı aktlarından biridir.
Qeyd edilib ki, Ermənistanın Xocalıda sovet qoşunlarının köməyi ilə həyata keçirdiyi insanlıq əleyhinə bu cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub, bir çox internet saytları yaradılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərirlər.
Xocalılı şəhid ailəsi Brilliyant Hacıyeva erməni vandalları tərəfindən törədilmiş bu qətliamın canlı şahidi olduğunu bildirib və bunu tarixdə ən dəhşətli faciə kimi dəyərləndirib. B.Hacıyeva bütün qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin, o cümlədən Xocalı sakinlərinin ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayıb.
Anım mərasimi rayonun bir qrup gənc tələbəsi tərəfindən hazırlanmış, Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonda Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan şəhid ailələrinə və faciə zamanı hər iki valideynini itirmiş 25 gəncə birdəfəlik maddi yardımlar göstərilib.
Xəbər lenti
Hamısına baxElm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Gündəm
31 İyul 12:55
Gündəm
31 İyul 12:40
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Gündəm
31 İyul 09:37
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54

