Milli dövlətçiliyin sütunu: Heydər Əliyev mirası və Yeni Azərbaycan Partiyası
05.10.2026 [16:56]
Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın ictimai-siyasi həyatında böyük hadisə kimi yadda qalır. Bu da təsadüfi deyil. Çünki 34 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istəyi və tələbi ilə hakimiyyətə tarixi qayıdışından sonra hakim siyasi partiya statusunu qazanan YAP daim ona göstərilən etimadı doğruldub, hər zaman siyasi proseslərin önündə gedib, öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biri kimi yadda qaldı. Qurultayda çıxış edən Prezident İlham Əliyev ölkənin son illərdə keçdiyi inkişaf yoluna nəzər salaraq əldə olunan tarixi nailiyyətləri diqqətə çatdırdı, qarşıda duran əsas vəzifələri müəyyənləşdirdi və Azərbaycanın yeni mərhələdəki strateji prioritetləri ilə bağlı mühüm mesajlar verdi. Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın reallıqlarının təbliği, ölkəmizdə, regionda və dünyada baş verən hadisələr barədə dolğun məlumatların əldə edilməsi üçün zəngin mənbədir. Tarixi Zəfərə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına gedən yoldan geniş bəhs edən dövlət başçısı bildirdi ki, Azərbaycan özü təkbaşına həm işğala son qoydu, eyni zamanda, bölgədə yeni reallıqlar yaratdı.
Çıxışda diqqət çəkən mühüm məqamlardan biri xalq-iqtidar birliyi və milli həmrəylik məsələsi oldu. Azərbaycanın ən mürəkkəb dövrlərdə vahid mövqe nümayiş etdirməsi ölkənin qarşıya qoyduğu məqsədlərə çatmasında mühüm amil kimi önə çəkildi. Prezident İlham Əliyevin fikirlərindən belə nəticəyə gəlmək mümkündür ki, dövlətin qarşısında duran böyük vəzifələrin həyata keçirilməsi üçün cəmiyyətin bütün təbəqələrinin milli maraqlar ətrafında birliyi mühüm əhəmiyyət daşıyır. Xüsusilə postmüharibə dövründə Azərbaycanın sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının qorunması bu baxımdan xüsusi önəm kəsb edir.
Qurultayda səsləndirilən mühüm mesajlardan biri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə bağlı idi. Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu proses yalnız dağıdılmış ərazilərin yenidən qurulması deyil, həm də həmin regionların Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına tam inteqrasiyasını nəzərdə tutur. “Böyük Qayıdış” proqramının həyata keçirilməsi Azərbaycanın qarşısında duran ən mühüm sosial layihələrdən biri olaraq qalır.
Prezidentin çıxışında iqtisadi inkişaf məsələləri də xüsusi yer tutdu. Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi nailiyyətlər ölkənin müstəqil siyasət həyata keçirməsinə imkan verən əsas amillərdən biri kimi qiymətləndirilə bilər. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi, investisiya imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması qarşıdakı dövr üçün də mühüm prioritetlər sırasındadır. Dövlət başçısının mesajlarından biri də ondan ibarətdir ki, hərbi-siyasi uğurlar iqtisadi güclə tamamlanmalıdır. Güclü iqtisadiyyat Azərbaycanın müstəqil siyasətinin davam etdirilməsi və dövlətin müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün möhkəm baza yaradır.
Qurultayın əsas mesajlarından biri də Yeni Azərbaycan Partiyasının qarşıdakı mərhələdə üzərinə düşən vəzifələrlə bağlı idi. YAP Azərbaycanın siyasi həyatında aparıcı siyasi təşkilat kimi ölkənin inkişaf strategiyasının həyata keçirilməsində fəal rol oynamağa davam etməlidir. Partiyanın qarşısında yalnız siyasi fəaliyyət deyil, həm də cəmiyyətlə daha sıx əlaqələrin qurulması, gənclərin ictimai-siyasi proseslərə cəlb edilməsi və dövlətçilik dəyərlərinin təbliği kimi mühüm vəzifələr dayanır. Partiyamıza yeni qələbələr arzulayan Prezident İlham Əliyev vəzifələrin daha da çox olduğunu, bu gün yalnız strateji əhəmiyyət daşıyan istiqamətlərin diqqətə çatdırıldığını önə çəkərək bu əminliyini ifadə etdi ki, Yeni Azərbaycan Partiyasının fəalları, bütün üzvləri bu tarixi vəzifələrin icrasında fəal iştirak edəcəklər.
VII Qurultaydan sonrakı dövrün təhlili partiyanın hər bir məqsədə nail olmaq üçün böyük səylər göstərdiyini, populizmdən uzaq olduğunu, daim Azərbaycanın bu günü və gələcəyi, xalqımızın yüksək rifah şəraitində yaşaması üçün çalışdığını təsdiqlədi. Tarixi Zəfərimizdən sonra keçirilən VII Qurultayda qəbul edilən qərarların davamı olaraq VIII Qurultayın da qarşıya qoyduğu vəzifələrin uğurlu icrası ilə davamlı uğurlarımız təmin ediləcək, YAP hər zaman olduğu kimi bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq. Yeni Azərbaycan Partiyasının üzvləri Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkənin bu aparıcı siyasi təşkilatının təsis olunduğu 1992-ci ildən başlanğıcını götürən zəfərlərimizdən üzərimizə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirmək amalı ilə daha xoşbəxt gələcəyimizə doğru inamla addımlayırlar.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23

