Bu gün Torpaq Çərşənbəsidir
18.03.2014 [08:59]
Bahar xoş müjdəli qədəmləri ilə Azərbaycana ayaq basır
AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev əməkdaşımızla söhbətində bu il Azərbaycan ərazisində baharın gəlişinin martın 20-sində, Bakı vaxtı ilə təxminən saat 20:57 radələrində baş verəcəyini bildirib. Onun sözlərinə görə, həmin gün Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan etibarən, şimal yarımkürəsində astronomik bahar başlayır .
Odur ki, fevralın 25-dən başlayaraq ölkəmizdə baharın müjdəçisi olan Novruz çərşənbələri qeyd edilir. Bu gün isə Novruz çərşənbələrindən sonuncusu-Torpaq Çərşənbəsidir.
Folklorşünaslar yazır ki, çox qədim zamanlardan başlayaraq dünya xalqlarının bir çoxu yazın gəlməsini, təbiətin oyanmasını, əkin işlərinin başlanmasını bahar bayramı kimi qeyd ediblər. Bu münasibətlə şənliklər keçirilib, onu yeni ilin başlanğıcı kimi qarşılayıblar. Qədim türk tayfaları isə Novruz bayramını hər il martın 21-də qeyd ediblər. Bu isə yaz gecə-gündüz bərabərliyinə təsadüf edib.
Əslində, ulu babalarımızdan bu günümüzədək gəlib çatan Novruz inanclarının əsasında insana, təbiətə həyat verən dörd ünsür-su, od, yel (hava) və torpaq dayanır. Odur ki, əcdadlarımız Novruz şənliklərini təzə ilin başlanmasına, yəni, martın 21-nə dörd həftə qalmışdan keçirməyə başlayıblar. İlin Novruzdan əvvəlki dörd axır çərşənbəsi müqəddəs sayılıb və hər çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilib. Beləliklə, Su Çərşənbəsi, Od Çərşənbəsi, Yel Çərşənbəsi və Torpaq Çərşənbəsi meydana gəlib.
Bütün türk xalqları kimi, Azərbaycan xalqı da artıq üç - Su, Od və Yel çərşənbələrini arxada qoyub. Bu gün isə İlaxır çərşənbələrinin sonuncusu - Torpaq Çərşənbəsidir. Novruz çərşənbələrdən hər biri kimi, bu çərşənbənin də özünəməxsus qaydaları var. Ən əsası isə, Torpaq Çərşənbəsində tonqal yandırmaq mütləqdir. Bu çərşənbə xalq arasında “Yer çərşənbəsi” və ya “İlaxır çərşənbə” də adlanır.
İlaxır çərşənbə ölkəmizin müxtəlif bölgələrində fərqli şəkildə, özü də təmtəraqla qeyd olunur. Sonuncu çərşənbədə yumurtanı qırmızı boyayar, yumurta döyüşdürərlər. Süfrənin üstünə xeyir-bərəkət rəmzi olan səməni qoyular. Səməninin belinə qırmızı lent bağlayarlar. Səhər tezdən çaydan çərşənbə suyu gətirib evə çiləyər, içərlər. İlaxır çərşənbədə meydan tamaşaları göstərərlər. Qodu-qodu mərasimi keçirilər. Kəndirbaz oyunları, xoruz döyüşməsi, güləş, xan-vəzir oyunu, cıdır, zorxana yarışları adamları sevindirər. İnanclara görə, İlaxır çərşənbədə süfrəyə artan, çoxalan, yəni, bərəkətli nemətlər qoymaq lazımdır. Bu axşamlarda turşulu, acı, şor yeməklər bişirməzlər. Süfrədə bərəkətli, bişirdikcə çoxalan nemətlər olmalıdır. Məsələn, düyü, yarma, noxud kimi artımlı ərzaqlardan yeməklər hazırlanmalıdır. Qədim xalq adətlərinə görə, İlaxır çərşənbədə evdən bərəkət sayılan nemətlər - duz, od, çörək, su vermək olmaz. Süfrəyə şərbətlər, paxlava, qoğal, fəsəli, qatlama, şəkərbura qoyular, aş qazanı asılar. Eyni zamanda, Torpaq Çərşənbəsində süfrədə 7 növ “S” hərfi ilə başlayan nemətin olması mütləqdir ki, yenicə qədəm qoyan il bu ailəyə uğur və ruzi-bərəkət gətirsin.
İlaxır çərşənbəniz, eləcə də, qarşıdan gələn Novruz bayramınız mübarək olsun. Qoy, bu bayram ölkəmizə bolluq, firavanlıq, sülh və əmin-amanlıq gətirsin.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

