Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərsu” ASC tərəfindən məcburi köçkünlərə ərzaq yardımı edilib

“Azərsu” ASC tərəfindən məcburi köçkünlərə ərzaq yardımı edilib

20.03.2014 [09:48]

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Novruz bayramı münasibəti ilə Saatlı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinə ərzaq yardımı edilib.
Un, yağ, şəkər tozu, qənd, düyü və digər məhsullardan ibarət ərzaq yardımı Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilib. “Azərsu” ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin ediblər.
Novruz bayramı ərəfəsində Səhmdar Cəmiyyətin əməkdaşları, eyni zamanda, 7 saylı fiziki-əqli qüsurlu uşaqlar üçün internat məktəbinə hədiyyələr təqdim edib, bayram şənliyi keçiriblər.

Paylaş:
Baxılıb: 1190 dəfə

Xəbər lenti

Hamısına bax

Hərbi

İqtisadiyyat

İqtisadiyyat

Birinci yarımildə...

08 İyul 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31