Xətai rayonunda 116 min 616 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin olunub
04.04.2014 [08:41]
Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Xətai rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur.
Tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün Xətai rayon İcra Hakimiyyətində yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir. Görülən işlərin nəticəsidir ki, rayon əhalisi tibbi müayinələrdə mütəşəkkil qaydada iştirak edirlər. Rayon ərazisindəki tibb müəssisələrində yaradılmış şəraitdən müayinələrdən keçən sakinlər razılıqlarını bildirirlər.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zaməddin Əkbərov AzərTAc-a bildirib ki, icbari dispanserizasiyanın həyata keçirilməsi dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Bizim də əsas vəzifəmiz bu humanitar aksiyanın müvəffəqiyyətlə başa çatdırılmasına nail olmaqdır. İndiyədək rayon üzrə 116 min 616 nəfərin tibbi müayinələrdən keçirilməsi təmin olunub. Onlardan 16 min 479 nəfərə ambulator, 685 nəfər stasionar müalicə kursu təyin edilib.
6 nömrəli şəhər poliklinikasının baş həkmi Yalçın Məmmədov deyib ki, rəhbərlik etdiyi müəssisə Dövlət Proqramının icrasına uyğun olaraq 2012-ci ildə əsaslı təmirdən çıxıb və ən müasir avadanlıqlarla təchiz edilib. Bu isə poliklinikaya gələn vətəndaşların yüksək səviyyədə müayinə olunmaları üçün imkan yaradır. O bildirib ki, gün ərzində təqribən 250-dən artıq rayon sakini ümumi və biokimyəvi, rentgen, ultrasəs və digər müayinələrdən keçirilir. Bu günədək poliklinikada 6 min 370 nəfər tibbi müayinədən keçib. Onlardan 147 nəfəri nəzarətə götürülüb, 123 nəfəri isə müxtəlif xəstəxanalara göndərilib. Bundan başqa, müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər.
Poliklinikanın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirən Zümrüd Balaməmmədova vurğulayıb ki, indi müayinə olunmaq üçün heç də xaricə getməyə ehtiyac yoxdur. Belə yaraşıqlı səhiyyə ocağı ancaq Avropa ölkələrinin klinikaları ilə müqayisə oluna bilər. Bu imkanı vətəndaşlarımıza Prezident İlham Əliyev yaradıb. Buna görə dövlətimizin başçına təşəkkür edirəm və Ona cansağlığı arzulayıram.
Rayon sakini Valeh Novruzov isə deyib: “Məndə mədə-bağırsaq problemi var idi. Müayinə olundum, həkimlər mənə müalicə kursu təyin etdilər. Dövlətimizin başçısına minnətdarlıq edirəm ki, bizim sağlamlığımızın qeydinə qalır”.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09

