/ / “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Lənkəranda “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirib
“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyi Lənkəranda “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirib
08.04.2014 [09:20]
Lənkəranda “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirilib.
Bu, “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsi çərçivəsində keçirdiyi ilk toplantıdır.
“Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyindən AzərTAc-a bildiriblər ki, “dəyirmi masa”nı Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Asif İmanlı açaraq təmsil etdiyi bölgənin azad media dəyərlərinə daim böyük önəm verdiyini vurğulayıb. Natiq “dəyirmi masa”nın son dərəcə zəruri məqsəd daşıdığını qeyd edib. O deyib ki, mətbuatda ana dilimizin qorunmasına həssas yanaşılması təkcə Azərbaycan dövlətinin deyil, eyni zamanda, ictimai təşkilatların da ümdə vəzifəsidir.
“Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsinin koordinatoru, “Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihənin məqsədinin ölkənin mətbuat orqanlarında Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı meyilləri müəyyənləşdirməkdən, mövcud problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarət olduğunu bildirib. Diqqətə çatdırıb ki, bununla mediada ədəbi dilin normalarının pozulmasına qarşı ictimai qınaq metodlarının səmərəliliyini artırmaq, mənfi cəhətlərin aradan qaldırılmasında ictimai fəallığın yüksəldilməsinə dəstək göstərmək nəzərdə tutulur: “Ümumən dil probleminə kompleks yanaşmaq lazımdır. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli Sərəncamı müstəsna əhəmiyyət daşıyır. Dilimizin inkişaf xüsusiyyətləri ilə bağlı fikirlərin ifadə olunduğu bu sənəddə dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi əsas götürülür, müvafiq qurumlar qarşısında vəzifələr müəyyənləşdirilir. Mətbu fəaliyyət dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqəti cəlb etməkdədir. Bu mənada kütləvi informasiya vasitələrində çalışanların ona xüsusi önəm verməsi əhəmiyyətlidir. Layihəmiz də bunun üçün bir çağırışdır, habelə dövlət miqyasında başlanılmış işə dəstəkdir”.
Layihəyə ekspert qismində dəstək verən “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamından sonra ölkədə ana dilinin işlədilməsi ilə bağlı məsələlərə kifayət qədər həssas yanaşılmağa başlandığını vurğulayıb. O bildirib ki, mövcud istiqamətdə ictimai təşkilatların üzərinə də böyük missiya düşür.
Layihədə ekspert qismində məruzə edən “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, mətbuatımızda Azərbaycan ədəbi dilinin bütün sahələrinə aid çoxlu miqdarda pozuntu faktları müşahidə etmək mümkündür. O, ana dilinə riayət edilməsi sahəsindəki problemlərin qruplaşdırılmasının vacibliyini də vurğulayıb.
“Lənkəran” qəzetinin redaktoru İltifat Əhmədov, “Astara” qəzetinin redaktoru Azər Abdullayev, “Lerik” qəzetinin redaktoru İdris Şükürov, AzərTAc-ın müxbiri Bağır Əliyev, Lənkəran Dövlət Universitetinin müəllimi Əlirza Əliyev, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, “Olaylar” qəzetinin bölgə müxbiri Hafiz Mirzə, Astara Pedaqoji Kollecinin direktoru Əlihəsən Həmzəyev, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin rəhbəri İltifat Saleh və başqaları “Zərdabi Mətbuat Mərkəzi” İB-nin layihəsinin əhəmiyyətindən söz açaraq mediada ana dilimizin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyacın olduğunu vurğulayıblar. Onlar dil məsələlərinə diqqət yetirilməsi üçün vaxtilə mövcud olmuş Jurnalist Sənətkarlığı İnstitutuna bənzər qurumun yaradılmasının, ədəbi dilin dialektlər əsasında zənginləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

