“Azərsu” ASC-də Uilyam Lindley nəslinin nümayəndələri ilə görüş olub
09.04.2014 [09:12]
Bakı şəhərinin içməli su təchizatında xüsusi əhəmiyyəti olan, bir əsrə yaxın tarixə malik, “Şollar” adı ilə məşhurlaşmış Birinci Bakı su kəmərinin ideya müəllifi və layihə rəhbəri Uilyam Lindley nəslinin nümayəndələri Azərbaycana gəliblər. Aprelin 8-də Lindley nəslinin nümayəndələri Karin Maria Marta, Eugen Jozef, Katerina Morvin, Aleksandr Horst, həmçinin Polşa Elmlər Akademiyasının siyasi araşdırmalar üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Lindley irsini araşdıran professor Riçard Zeliçovski “Azərsu” ASC-də olublar.
Qonaqları salamlayan “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, məşhur mühəndis Uilyam Lindleyin Azərbaycanın su təchizatı tarixində böyük xidmətləri vardır. U. Lindleyin müəllifi olduğu Birinci Bakı su kəməri artıq 100 ilə yaxın bir dövrdə istismar olunur və Bakı sakinlərinin içməli su təchizatına töhfələr verməkdədir: “Əsasən əl əməyi hesabına tikilən kəmər yüksək keyfiyyəti ilə seçilir. Bu kəmər indiyədək sabit məhsuldarlıqla davamlı olaraq istismar edilib və demək olar ki, əsaslı təmirə ehtiyacı olmayıb. Belə bir unikal layihənin reallaşması U.Lindleyin dövrünün peşəkar mütəxəssisi olduğunu bir daha təsdiqləyir. Hazırda Azərbaycanda genişmiqyaslı su təchizatı və kanalizasiya layihələri həyata keçirilir. Layihələrin keyfiyyətli icrasını təmin etmək üçün podratçı təşkilatlara “Şollar” layihəsini həmişə nümunə göstəririk. 2017-ci ildə kəmərin istismara verilməsinin 100 ili tamam olacaq və yubiley tədbirlərində sizləri yenidən Azərbaycanda görməkdən məmnun olardıq”.
Lindleylər ailəsi adından təşəkkürlərini bildirən Eugen Jozef ulu babasının xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib, bu səfərin onlarda xoş təəssürat yaratdığını qeyd edib. 1853-cü ildə anadan olmuş ingilis mühəndis və inşaatçısı Uilyam Lindley həyatını şəhərlərin su təchizatının yaradılmasına həsr edib. Onun adı Avropanın 30-dan çox şəhərinin (Frankfurt, Varşava, Praqa, Budapeşt və s.), o cümlədən, Bakının su təchizatı tarixinə qızıl hərflərlə yazılıb.
Qeyd edək ki, XIX əsrin sonlarında Bakının su təchizatında yaranmış problemlərlə əlaqədar şəhər Dumasının razılığı ilə su kəmərinin layihələndirilməsi üçün mütəxəssislər dəvət edilib. Bu dəvəti müsbət dəyərləndirən ingilis mühəndisi Uilyam Lindley yeraltı suların öyrənilməsi üzrə axtarışlar aparıb. U.Lindleyin layihəsi əsasında çəkilmiş Birinci Bakı su kəməri mənbəyini Bakıdan 187 km məsafədə - Xaçmaz rayonunun Şollar kəndindəki yeraltı sulardan götürür. “Şollar” mənbəyi 24 artezian quyusundan, eləcə də lay və bulaq sularından qidalanır. “Şollar” su kəmərinin tikintisinə XX əsrin əvvəllərində başlanılıb və “Şollar” suyu 1917-ci ildə Bakı əhalisinə çatdırılıb. Həmin il fevralın 18-i tarixə “Bakı-Şollar” su kəmərinin açılışı günü kimi düşüb.
Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə çəkilən kəmər 100 ilə yaxındır ki, Bakı əhalisini su ilə təmin edir. 1917-ci ildən fasiləsiz fəaliyyət göstərən bu mənbənin məhsuldarlığı demək olar ki, dəyişməyib. “Şollar” ilin bütün dövründə orta hesabla saniyədə 1270 litr su verir.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

