/ / “Nar Mobile” “Bahar Sevincləri” hədiyyə kampaniyasının qaliblərinə “Samsung” mobil telefonları hədiyyə etdi
“Nar Mobile” “Bahar Sevincləri” hədiyyə kampaniyasının qaliblərinə “Samsung” mobil telefonları hədiyyə etdi
10.04.2014 [09:11]
Məlum olduğu kimi, bu ilin fevral-mart aylarında “Yeni Azərbaycan” qəzeti ölkənin lider mobil operatorlarından olan “Nar Mobile” ilə birlikdə öz oxucuları arasında “Bahar Sevincləri” adlı hədiyyə kampaniyasını keçirdi. Kampaniya çərçivəsində oxuculara “Nar Mobile”nin təqdim etdiyi 10 ədəd “Samsung” markalı mobil telefondan birinə sahib olmaq şansı verilirdi. Bunun üçün, sadəcə, qəzetin son səhifəsində yerləşdirilən kuponları toplamaq, onları zərfə qoyaraq redaksiyaya təqdim etmək tələb olunurdu. Kampaniyada 461 oxucu iştirak etmişdi. Aprelin 4-də “Yeni Azərbaycan” qəzetinin redaksiyasında zərflərin çəkilişi keçirildi və mobil telefonların sahibləri müəyyənləşdi. Dünən isə “Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən təntənəli mərasimdə qaliblərə hədiyyələr təqdim olunub. Tədbirdə çıxış edən “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu qalibləri təbrik edib. Baş redaktor ölkəmizdə söz və mətbuat azadlığının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından danışıb.
Baş redaktor Hikmət Babaoğlu, daha sonra, bu kampaniyaya dəstək verdikləri üçün “Nar Mobile” mobil operatoruna təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən “Nar Mobile”nin media əlaqələri üzrə meneceri Anar Rəhimov qeyd edib ki, təmsil etdiyi şirkət mobil operator olmasına baxmayaraq, daim elektron və çap mediasına, həmçinin, təhsil və elm sahələrinə dəstək verib. Məhz bu səbəbdən də “Yeni Azərbaycan” qəzetinin “Bahar Sevincləri” kampaniyası ilə bağlı təklif gələrkən, ona maraqla yanaşıblar, dəstək veriblər: “Biz bundan əvvəl də “Yeni Azərbaycan” qəzeti ilə sıx əməkdaşlıq etmişik. Hesab edirəm ki, gələcəkdə yeni maraqlı kampaniyalar olarsa, biz yenə də yaxından iştirak etməyə hazırıq”.
“Bahar Sevincləri” kampaniyasının qalibləri adından çıxış edən Masallı rayonu Mahmudavar kənd sakini, YAP Siyasi Şurasının sabiq üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov oxuculara verdiyi sevinc hissinə görə, “Yeni Azərbaycan” qəzeti və “Nar Mobile” şirkətinə təşəkkürünü bildirib.
Sonra “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu və “Nar Mobile” şirkətinin məsul əməkdaşı Anar Rəhimov qaliblərə hədiyyələri təqdim ediblər.
Qeyd: “Bahar Sevincləri” hədiyyə kampaniyasının 10-cu qalibi olmuş, Qusar şəhəri Q.Əliyev küç. ev 47 ünvanında yaşayan Məmmədov Şənlik təyin olunan vaxtda redaksiyaya gəlmədiyi üçün, “Nar Mobile” onun hədiyyəsini təqdim etmədi. Amma bununla belə, redaksiyada onun yolunu gözləyirik. Məmmədov Şənlik onun üçün məqbul olan istənilən vaxt gəlib öz hədiyyəsini redaksiyadan apara bilər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

