Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Azərbaycan təmsilçiliyinin açılışı olub
12.04.2014 [09:52]
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Dəmirçi və Dəniz Nəqliyyatı və Rabitə Nazirliyinin nümayəndəsi Əhməd Kuşhanoğlu Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) işgüzar səfərdə olublar. Səfər çərçivəsində dünən AzMİU-da Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Azərbaycan təmsilçiliyinin açılışı olub.
Çıxış edən AzMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova ümidvar olduğunu bildirib ki, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Azərbaycan təmsilçiliyi öz səmərəli fəaliyyəti ilə türkdilli ölkələrin əməkdaşlığı və inteqrasiyasına özünəməxsus töhfələr verəcək: “Azərbaycan Memarlıq və İnşaat Universiteti Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə uzun müddətdir ki, əməkdaşlıq edir və memarlıq-mühəndislik sahəsində Türk dünyası şəhərsalma qurultayları, müxtəlif konfranslar, seminarlar və birgə elmi tədbirlər keçirir. Bu təmsilçiliyin açılması uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsi və genişləndirilməsinə təkan verəcək. Universitetin nəzdində fəaliyyət göstərəcək Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Azərbaycan təmsilçiliyi iki qardaş ölkənin alim və mütəxəssislərinin birgə elmi-tədqiqatlarının işlənməsində, təlimlərin keçirilməsində, ümumtürk memarlıq problemlərinin və müxtəlif səbəblərdən təhrif olunan və tarixən silinməyə doğru gedən memarlıq abidələrinin araşdırılmasında, həmçinin, bütün Türk dünyasının mühəndis və memarlarının əlaqələndirilməsində əhəmiyyətli rol oynayacaq”.
Sonra çıxış edən Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Dəmirçi bu təşkilatın 36 ölkədə təmsilçiliyinin olduğunu diqqətə çatdıraraq bildirib ki, əməkdaşlıq əlaqələrinin inkişafı hər iki tərəf üçün böyük maraq kəsb edir. O diqqətə çatdırıb ki, qarşıdakı illərdə bir sıra təşəbbüslərin irəli sürülməsi və konkret layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulub.
Daha sonra “Qitə aşan layihələr” adlı təqdimat mərasimi keçirilib. Birliyin nümayəndə heyəti təqdimatdan sonra universitetin professor-müəllim heyəti və Memarlıq fakültəsinin tələbələri ilə də görüşüb. Görüş zamanı universitetin 5 fəal tələbəsi mükafatlandırılıb və həmin tələbələrin Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin dəstəyi ilə Türkiyədə stajkeçmə proqramında iştirakı barədə məlumat verilib.
O da qeyd olunub ki, 2014-cü ilin sentyabr ayında Bişkekdə təşkil olunacaq Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərcilik qurultayına elmi heyətdə iştirak etmək məqsədilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovaya və Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova dəvət təqdim edilib.
AzMİU-nun memarlıq və şəhərsalma mövzusundakı uğurlu fəaliyyətini nəzərə alaraq rektor Gülçöhrə Məmmədovaya Türk Dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən “Türk dünyası bilim-teknik üstün xidmət ödülü” təqdim edilib.
NURLAN
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

