“Sovetski”də inventarlaşdırma işləri davam edir
15.04.2014 [09:16]
Səməd İslamov: Hər iclasımızda təxminən 60-a yaxın müraciətə baxılır ki, bu da həftəyə təxminən 200 müraciət deməkdir
Ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri, respublikamızda şəhərsalma sahəsində görülən işlər Bakının və ümumilikdə Azərbaycanın gözəlliyinə ayrı bir gözəllik qatmaqdadır. Bu gün milli memarlıq ənənələrinə sadiq qalaraq müasir üslubda həyata keçirilən həmin layihələr çərçivəsində yeni parklar, xiyabanlar salınır, binalar inşa olunur.
Hər gün yeniləşən və müasirləşən Bakının gözəlləşməsi fonunda köhnə “Sovetski” adlanan ərazinin də yenidən, müasir dünya standartlarına uyğun bir şəkildə formalaşdırılması ilə bağlı dövlət tərəfindən xüsusi fəaliyyət planı həyata keçirilir. Verilən məlumatlara görə, həmin ərazidə yerləşən evlərin yerində müasir obyektlər, parklar inşa olunacaq.
Hazırda isə ərazidə inventarlaşdırma və ölçü işləri davam etdirilir. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib ki, söküntü işləri aparılan zaman evlərinin sökülməsinə razılıq verən “Sovetski” kimi tanınan ərazinin sakilərinin bütün hüquqları tam qorunur: “Qeyd etmək istərdim ki, 2830 mənzildə indiyə kimi ümumi ölçmə və inventarlaşdırma işləri aparılıb. 550-yə yaxın mənzil sahibi ilə razılaşma protokolu imzalanıb. Bir o qədər insan da bu günə kimi mənzillərinin satılması ilə bağlı Yasamal rayon İcra Hakimiyyətində qurulan komissiyalara müraciət edib. Artıq 373 nəfərin pulu onların bank hesablarına köçürülüb və onlar öz vəsaitlərini almaq ərəfəsindədirlər. Bu günə kimi 41 mənzil sökülüb”.
Bəzi qüvvələrin bu məsələdən sui-istifadə edərək süni narazılıq və ajiotaj yaratmaq istədiklərini bildirən Səməd İslamov onların səylərinin əbəs olduğunu qeyd edib: “Dövlətimizin məqsədi həmin ərazidə gözəl və müasir istirahət mərkəzləri, yol qovşaqları yaratmaqdır. Heç bir vətəndaşın evindən məcburi şəkildə çıxarılmasından söhbət gedə bilməz. Kim dövlətin onlara təqdim etdiyi bu şərtlərlə razıdırsa, gəlir, öz mənzilini satmağa razılıq verdiyini bildirir. Hər dəfə həmin ərazidə yaşayan insanlarla görüşümüz zamanı bildiririk ki, onları kimsə zorla burdan köçürməyəcək. O insanlar ki, öz razılıqları ilə rəsmi ərizə yazıb müraciət edirlər, biz onların ərizələrinə baxırıq və dəyərləndiririk. Bizə müraciət edənlərin sayı həddindən artıq çoxdur. Təbii ki, bu ərazidə yaşayan insanlar da istəyirlər ki, geniş evlərdə, gözəl təmir olunmuş mənzillərdə yaşasınlar. Düşünürəm ki, bu ərazidə salınacaq yeni parklar uşaqların, yaşlı insanların daha çox sevincinə səbəb olacaq. Yaradılacaq müasir infrastruktur, salınacaq geniş və abad yollar, yeraltı keçidlər şəhərimizin gözəlləşməsinə töhfə verəcək. Bunu ərazidə yaşayan insanlar bilir və duyurlar.
Bu gün insanlar bizə müraciət edirlər. Bu müraciətlərlə bağlı olaraq əgər biz əvvəllər komissiyanın iclasını həftədə bir dəfə keçirirdiksə, artıq həftədə üç dəfə komissiya üzvləri toplaşır və daxil olan ərizələri nəzərdən keçirirlər. Hər iclasımızda təxminən 60-a yaxın belə müraciətə baxılır ki, bu da həftəyə təxminən 200 müraciət deməkdir”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

