Bakının Səbail rayonunda 60 mindən çox sakin tibbi müayinədən keçib
18.04.2014 [10:19]
Ölkə vətəndaşlarının sağlamlığının qorunması tədbirlərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, respublikamızda keçirilən əhalinin tibbi müayinəsi tədbirləri Bakının mərkəzi rayonu olan Səbaildə yüksək səviyyədə təşkil olunub.
Bununla əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında geniş təbliğat işləri aparılıb.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən işlər gündəlik nəzarətdə saxlanılır.
Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı 4 poliklinikada müvafiq şərait yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda, eləcə də evlərdə yataq şəraitində müalicə olunan xəstələrin müayinəsi məqsədi ilə səyyar həkim briqadaları da təşkil edilib.
İndiyədək Səbail rayonu üzrə 60319 nəfər sakin tibbi müayinələrdən keçirilib. Müayinələr zamanı daha çox arterial təzyiq, şəkərli diabet, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunub və dispanser qeydiyyata götürülüb. Onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunub. Ümumilikdə, 172 nəfər stasionar müalicəyə götürülüb, 8745 nəfərə ambulator müalicə təyin edilib. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrini həyata keçirirlər.
Səbail rayonda əhalinin profilaktik tibbi müayinədən keçirildiyi yerlərdən biri də Badamdar qəsəbəsindəki 34 nömrəli şəhər poliklinikasıdır. Qəsəbədə 35 mindən çox əhali yaşayır. Burada, həmçinin 3 minə yaxın məcburi köçkün məskunlaşıb. Onların tibbi müayinələrdən keçirilməsi ilə bağlı qəsəbə nümayəndəliyi, yerli bələdiyyə, qəsəbədəki orta və məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət evi, kitabxana və digər qurumların kollektivləri, qəsəbə ictimaiyyətinin nümayəndələri tərəfindən təbliğat aparılıb, xəstə, kimsəsiz, tənha vətəndaşların müayinəsi üçün səyyar həkim briqadaları təşkil olunub.
Badamdar qəsəbəsindəki 34 nömrəli şəhər poliklinikasının həkim-cərrahı Şərəf Rəşidov mühüm tədbirlə əlaqədar çalışdığı tibb müəssisəsinin ən müasir avadanlıq, dərman preparatları ilə təchiz olunduğunu deyib. Bildirib ki, poliklinikada yaradılmış səyyar həkim briqadaları qrafik əsasında qəsəbədəki təşkilatlarda, məktəblərdə, məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər.
Qəsəbə sakinləri dövlətimizin başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılayıblar. Onlar poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib.
Rayonda əhalinin tibbi müayinəsi tədbirləri davam edir.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

