/ / BDU-da görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
BDU-da görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib
02.05.2014 [09:03]
Dünən Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın Xalq yazıçısı, Respublika Dövlət mükafatı laureatı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını salamlayaraq görkəmli dramaturqun həyat yoluna nəzər salıb. İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncamı xatırladan BDU-nun rektoru XX əsr Azərbaycan ədəbiyyatında qüdrətli nasir və dramaturq kimi tanınan Xalq yazıçısı İlyas Əfəndiyevi yaratdığı zəngin ədəbi-bədii irs, yeni nəsr və teatr məktəbi ilə özündən sonrakı ədəbi proseslərə işıq salan ustad yazıçı kimi təqdim edib. Bildirib ki, İlyas Əfəndiyevin əsərlərinin melodramatizmi, lirik-romantik üslubu, milli ruh, milli zövq, estetik təsir gücü ilə yoğrulmuş obrazlı dili çoxsaylı oxucu və tamaşaçı məhəbbəti qazandırıb: “İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatına rəngarəng üslublar, forma və məzmun yenilikləri gətirən, özlərinə məxsus fərdi yaradıcılıq yolu olan yazıçılardan olub”.
Azərbaycan xalqının milli dəyərlərinin mühafizə olunmasında İ.Əfəndiyev pyeslərinin xüsusi rolundan bəhs edən rektor bildirib ki, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olmuş “Unuda bilmirəm” pyesi 1981-ci ilə qədər təkcə Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılıb və məhz bu xidmətlərinə görə, o, respublikamızın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi fəxri adlarına, Azərbaycan Dövlət Mükafatı laureatı adına layiq görülüb, “Xalqlar Dostluğu” və digər orden və medallarla təltif edilib.
Daha sonra “İlyas Əfəndiyev” filmi nümayiş olunub. BDU-nun kafedra müdiri, professor Tofiq Hüseynoğlu “O həmişə bizimlədir” adlı məruzə edib. Ardınca AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Tofiq Hacıyev xatirələrini bölüşüb.
Tədbirin sonunda Baş nazirin müavini, görkəmli dramaturqun oğlu Elçin Əfəndiyev çıxış edərək tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Çıxışlardan sonra bədii hissə olub və İlyas Əfəndiyevin pyeslərindən səhnələr göstərilib.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

