/ / Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar
07.05.2014 [10:01]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda keçirilən məqalə müsabiqəsinə yekun vurulub.
Bununla bağlı mayın 6-da Bakıda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Mərasimdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova müsabiqənin nəticələri barədə məlumat verib.
Bildirilib ki, müsabiqənin əsas məqsədi Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikirləri və verdiyi tövsiyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təşviq etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.
Müsabiqəyə əlliyə yaxın yazının təqdim olunması bu mövzunun aktuallığını bir daha təsdiq edib. Maraqlı məqalələr əsas götürülməklə qaliblər müəyyənləşdirilib. Lakin seçim mərhələsində məlum olub ki, bu sahədə mövzular tam əhatəli işlənilməyib. Gələcəkdə qadın məsələlərinə daha çox diqqət ayrılacaq.
Qeyd olunub ki, bütün mənalı həyatı boyu xalqımızın hüquq və azadlığını daim qoruyub, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Ulu öndər Heydər Əliyev hansı dövrdə fəaliyyət göstərməsindən asılı olmayaraq, qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayıb. Ümummilli lider qadınlara etimad və qayğı göstərərək onları bilik və bacarıqlarına, istedad və intellektlərinə görə irəli çəkib, yüksək vəzifələrə təyin edib.
Qadınların ictimai - siyasi fəallıqlarının artırılmasında qəbul olunmuş müvafiq sənədlərin əhəmiyyətini vurğulayan AQUPDK-nın sədri deyib ki, böyük siyasi iradə tələb edən məsələlərdən biri də bu sahədə fəaliyyət göstərən xüsusi dövlət qurumunun yaradılması olub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev bildirib ki, bu gün Azərbaycan Respublikası müstəqil dövlət kimi inkişaf edir. İstiqlaliyyətə qovuşduğu gündən etibarən ölkəmizin müstəqilliyinin qorunmasında, sosial-iqtısadi tərəqqisində, dövlətimizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində, ümumiyyətlə, həyatın bütün sahələrində inkişafın təməlinin qoyulmasında Ümummilli lider Heydər Əliyevin böyük əməyi var.
Ərəstun Mehdiyev Azərbaycan dövlətinin yaşaması və inkişafı üçün mühüm vasitələrdən biri olan söz, fikir, məlumat azadlığı sahəsində Ümummilli liderimiz Heydər Əliyevin əməyini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycanda 1998-ci ildə senzuranın ləğv edilməsi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin bu qətiyyətli addımından sonra ölkədə medianın fəaliyyət sahəsi genişlənib.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən 1999-cu ildə Azərbaycanda kütləvi informasiya vasitələri haqqında qəbul olunmuş müvafiq Qanun mətbuatın, jurnalistikanın çoxşaxəli fəaliyyəti üçün meydan açıb. Sonralar bu Qanunda bir sıra dəyişikliklər olunub. Başqa sözlə, həmin dövrdə irəli sürülmüş bu siyasi xətt sonrakı illərdə də davam etdirilib.
Mətbuatın maddi-texniki bazasının inkişafı üçün Azərbaycan dövləti tərəfindən ardıcıl addımlar atıldığını deyən Ə.Mehdiyev qeyd edib ki, müasir dövrdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasi kurs indiki məqamda Azərbaycanda söz və fikir azadlığının daha da inkişaf etdirilməsi üçün təminat yaradıb.
Müsabiqənin qaliblərini təbrik edən Ə.Mehdiyev bildirib ki, Azərbaycan dövlətinin inkişafında qadınların rolu Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin mühüm bir istiqamətini təşkil edib. Ümummilli liderimiz Azərbaycan dövlətinin həyatında qadınlarımızın, ana və bacılarımızın rolunu həmişə yüksək qiymətləndirib, onların ölkəmizin ictimai-siyasi, mədəni həyatında geniş təmsil olunması üçün ardıcıl tədbirlər həyata keçirib.
Qeyd olunub ki, cəmiyyətin əsası olan ailənin qorunmasında qadınların rolu böyükdür və Azərbaycanın milli şüurunda qadınların xüsusi rolu var. Bu gün cəmiyyətin müxtəlif sahələrində - sosial, iqtisadi, siyasi, mədəni və xarici siyasət sahələrində Azərbaycan qadınının xidmətləri var. Təsadüfi deyildir ki, Azərbaycanın Milli Qəhrəmanları sırasında qadınlarının da adları var.
Ərəstun Mehdiyev Azərbaycan jurnalistikasının bugünkü inkişaf səviyyəsindən danışaraq bildirib ki, mətbuat işçiləri müxtəlif mövzularda yazılarla müsabiqələrdə iştirak edirlər. Burada yalnız jurnalist peşəkarlığı kifayət etmir, eyni zamanda, onlar hər bir sahənin problemlərini dərindən öyrənməli, nəzəri biliklərə sahib olmalıdırlar.
Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Vətəndaş Cəmiyyəti” jurnalının baş redaktoru Səfər Alışarlı və Əməkdar jurnalist Flora Xəlilzadə çıxış edərək Ulu öndər Heydər Əliyevin müstəqil mətbuatın formalaşmasında və inkişafındakı misilsiz xidmətlərindən danışıblar. Çıxış edənlər qadın hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasətini, bu sahədə qazanılan uğurları, problemləri işıqlandıran gənc jurnalistlərə yaradıcılıq uğurları arzulayıblar.
Sonda qaliblər mükafatlandırılıblar.
Müsabiqənin nəticələrinə əsasən, “Yeni Azərbaycan” qəzetinin müxbiri Hülya Məmmədli birinci, “Xalq qəzeti”nin əməkdaşı Ülviyyə Niftəliyeva ikinci, “İki sahil” qəzetinin müxbiri Cavid Əkbərov üçüncü yerləri tutublar.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

