/ / Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib
07.05.2014 [10:02]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən Dövlət Agentliyinin sədri İnam Kərimov Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən bəhs edib.
Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu olduğunu deyən İ.Kərimov ölkəmizin məhz Ulu öndərin müəyyənləşdirdiyi siyasət əsasında inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, artıq Azərbaycanda hüquqi dövlət qurulub və vətəndaş cəmiyyəti tam bərqərar edilib. İ.Kərimov bildirib ki, Prezident İlham Əliyev tərəfindən “ASAN-Xidmət” təsisatının yaradılması da vətəndaşların maraqlarını təmin etməkdən ibarətdir. Agentliyin sədri qeyd edib ki, yarandığı vaxtdan bu qurum 1 milyon 600 min nəfərdən çox insana xidmət göstərib. Agentliyin əməkdaşlarının Prezident İlham Əliyevin siyasətinə sadiq olduqlarını deyən İ.Kərimovun sözlərinə görə, əməkdaşlar bu mövqelərini Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qoşulmaqla da təsdiq edirlər: “Təşkilatın 120-yə yaxın əməkdaşı partiya üzvləridir. Hazırda isə daha 114 nəfər YAP sıralarına qəbul edilmək üçün müraciət edib”.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək bildirib ki, Azərbaycanın inkişaf və tərəqqisi məhz Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. T.Tağıyev qeyd edib ki, geostrateji məkanda yerləşən Azərbaycan inkişafımızı istəməyən xarici qüvvələrin cəhdlərinə baxmayaraq, öz yolu ilə inamla irəliləyir. Onun sözlərinə görə, bu qətiyyətli siyasət dövlətimizin beynəlxalq müstəvidə nüfuzunu daha da artırır: “Azərbaycanın inkişaf strategiyasının müəllifi Ulu öndər Heydər Əliyevdir. Bu gün Prezident İlham Əliyev bu strategiyanı uğurla həyata keçirir. Hesab edirəm ki, növbəti illərdə nailiyyətlərimiz daha da artacaq. Bütün uğurlarımızın əsasında Heydər Əliyev siyasətinin təntənəsi dayanır”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu deyən E.İbrahimovun sözlərinə görə, müasir Azərbaycanın inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir: “Ümummilli lider Heydər Əliyev ölkəmizin inkişafına Özünün müdrik, cəsarətli siyasəti, yorulmaz fəaliyyəti ilə nail olub. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizdə azərbaycançılıq ideyasını dövlətin siyasi ideologiyası səviyyəsinə qaldırıb. Azərbaycan və azərbaycançılıq anlayışları qədim tarixə malik olsalar da, uzun əsrlər boyu yalnız coğrafi yer adı kimi işlədilib, son yüzillikdə həm də milli ideya olaraq formalaşıb. Azərbaycançılığın dövlət siyasətində milli ideologiyaya çevrilməsi Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı böyük tarixi xidmətlərindən biridir. Azərbaycanda milli birlik və həmrəylik ideyasının həyata keçirilməsi də azərbaycançılıq ideologiyasına xidmətin ifadəsidir”.
Tədbirdə Agentliyin əməkdaşları da çıxış edərək Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.
Sonda YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28

