/ / “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin sonuncu cildi çapdan çıxıb
“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin sonuncu cildi çapdan çıxıb
06.06.2014 [09:41]
Ermənilər tərəfindən uydurulmuş “Dağlıq Qarabağ problemi”, o cümlədən XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır.
Yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və tanınmış alim Rövşən Vəlizadənin bu yaxınlarda çapdan çıxmış “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” üçcildliyinin III cildi Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində son illərdə görülmüş məqsədyönlü işlərlə bağlı müəlliflərin gərgin araşdırmaları, yorulmadan apardıqları tədqiqatlar nəticəsində ərsəyə gələn dəyərli mənbədir.
AzərTAc xəbər verir ki, “CBS Polyqrafic production” nəşriyyatında nəfis tərtibatla çapdan çıxmış III cild hazırlanarkən də əvvəlki cildlərdə olduğu kimi, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin birgə yaratdıqları istintaq qrupunun materiallarından və AzərTAc-ın fotoarxivindəki fotoşəkillərdən istifadə edilib.
Kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında, xüsusilə ötən əsrin son illərində Ermənistan və onun havadarlarının köməyi ilə işğal olunmuş Dağlıq Qarabağ ərazisində, o cümlədən Xocalı şəhərində törətdikləri kütləvi qırğınlardan, vəhşiliklərdən, soyqırımından bəhs edilir.
Nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində beş il ərzində beynəlxalq aləmdə həyata keçirilmiş təqdirəlayiq tədbirlərdən söhbət açılır. Bəri başdan qeyd etmək lazımdır ki, zəngin fakt və sənədlərin, sübutların əksini tapdığı bu kitab dünyada terrora və zülmə, işgəncəyə və amansız qətliamlara qarşı mübarizədə tarixi həqiqətlərin önəmli toplusu kimi diqqət mərkəzində olacağı şübhəsizdir.
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş bu kitab “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının 5 illiyi münasibətilə nəşr olunub.
Faciənin mənəvi, siyasi və hüquqi müstəvidə tanınmasına yönəlmiş bu kampaniya dünyanın 70-dən çox ölkəsində uğurla həyata keçirilməkdədir.
Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qiymətli kəlamlarının da yer aldığı bu kitab mövzu ilə bağlı çoxsaylı materialları əhatə edir. Xocalı faciəsi ilə bağlı bütün hadisələri mütəmadi izləyən müəlliflər nəşrin üçüncü cildinə Azərbaycan Prezidenti İlham Əliyevin “Xocalıya ədalət!” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamını da daxil ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın isə kitabda yer aldığı “Biz, sağ qalanlar, bu faciə haqqında həqiqəti bütün dünyaya çatdırmalı, baş vermiş hadisəyə beynəlxalq siyasi və hüquqi qiymət verilməsinə nail olmalıyıq” kimi mübariz ruhlu fikirləri hər bir azərbaycanlını Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmağa səsləyir.
Kitabın redaktorları fəlsəfə elmləri doktoru, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, professor Rahid Ulusel və Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının doktorantı Leyla Məmmədovadır.
“Alim mövqeyi” rubrikasında fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “İnsanlıq meyarı ilə” yazısında cari ildə nəşrin I və II cildlərinin geniş ictimaiyyətin, dövlət nümayəndələrinin iştirakı ilə təqdimatının keçirildiyini xatırlayaraq aktual mövzu və problematikası ilə diqqəti cəlb edən bu kitablar haqqında Azərbaycan və xarici kütləvi informasiya vasitələrində sanballı məqalə və resenziyaların çap edildiyini, dolğun rəylərin səsləndiyini diqqətə çatdırıb.
Vurğulanıb ki, sonuncu cildin özünəməxsusluğu “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının beş illik fəaliyyətinin nəticələrinin dəyərləndirilməsinə xüsusi diqqətin yetirilməsində və əgər belə demək mümkündürsə, 100 illik erməni təbliğatını alt-üst edən beş yaşlı “Xocalıya ədalət!” hərəkatının milli, regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyətinin üzə çıxarılmasındadır.
Kitabın ortaya qoyduğu danılmaz faktlar bir daha sübut edir ki, əslində “böyük Ermənistan” və “fövqəlerməniçilik” - arxaik imperializmin bir fiksiyasıdır. Hamıdan çox elə ermənilərin özləri bu xəstə təxəyyüllərinin ilğım-obrazından ziyan çəkmişlər. Ermənilər tarix boyu dövlətlərarası münasibətlərin qaydalarını riyakarlıqla pozduqlarından və ən yaxın qonşularına belə xəyanət etdiklərindən, özlərinə etibarlı dost-xalq qazana bilməmiş, həmişə böyük dövlətlərin yedəyində getmiş, özlərini sürünməyə məhkum etmişlər. Onların öz qonşularının torpaqları hesabına “böyük dövlət” olmaq arzusu öz nüvəsində kin, nifrət, qəddarlıq, hiylə, yalan, rəzalət, düşmənçilik, siyasi əxlaqsızlıq alovunu kükrədərək həmişə ətrafına zəhər saçmışdır. Bu zəhərin region dövlətlərinin sağlam atmosferini bütün mənalarda (psixoloji, siyasi, diplomatik, hərbi-ekspansionist, bakterioloji...) necə korlandığını kitab əyani faktlarla sübut edir.
“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” əsəri, ilk növbədə, Azərbaycanın ayrılmaz parçası olan Qarabağın işğaldan azad edilməsi uğrunda Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ideoloji-diplomatik mübarizənin hazırkı mərhələsində həmin prosesə təkrarolunmaz fakt və dəlillər arsenalı verməsinə görə böyük əhəmiyyət daşıyır.
Kitabın müəllifləri o reallığa da aydınlıq gətirirlər ki, həqiqətən də erməni terrorizminin episentri - Azərbaycandır və bu dağıdıcı zəlzələnin dalğaları bütün dünyaya yayıldığından, o, mahiyyətcə beynəlxalq terrorizmdir. Beynəlxalq erməni terrorizmi dünyanın bir çox ölkələrində şəbəkələnib, başlıca olaraq, dünyanın türk dövlətlərinə (əsasən, Azərbaycan və Türkiyəyə) qarşı funksiyalaşdırılmış cinayətkar bir qurumun təhlükəli ideologiyasıdır. Beynəlxalq erməni terrorizmi sözün əsl mənasında təkcə ayrı-ayrı dövlətləri təhdid edən hadisə deyil, beynəlxalq təhlükəsizliyi sarsıdan, dinc yanaşı yaşamaq prinsiplərini pozan, dövlətlərarası münasibətləri dramatikləşdirən, dünya birliyinə doğru inkişafı ləngidən və xüsusilə milli dövlətlərin suverenliyinə qarşı yönəlmiş fəaliyyətləri təhrik edən antihumanist təmayüldür.
Kitabın əsas mövzusu Xocalı soyqırımı olsa da, əslində o, Qarabağ faciəsini bütün spektrləri və kəskinliyi ilə əks etdirir. Burada nə tarix, nə də psixologiya unudulur. Bəlli edilir ki, ermənilərin Azərbaycana qarşı torpaq iddiaları, azərbaycanlılara qarşı əsas qisasçılığı və absurd düşmənçiliyi etnopsixologiyanın dərin qatlarında cücərdilərək, zaman-zaman yeni nəsillərə ötürülür. Bu isə tarixdə bənzəri olmayan xəstə erməni mənəviyyatının hər dəfə yeni riyakarlıq qiyafəsində, lakin köhnə xislətində peyda olmasına gətirib çıxarır.
Müəlliflər hətta genetikanı zədələyən səbəbləri aşkara çıxararkən, alimlərin müvafiq elmi nəticələrinə, o cümlədən ingilis psixoloqu Maykl Fraydın Rusiya Federasiyasının erməni məktəblərində apardığı tədqiqatlara istinad ediblər.
Kitabın müəllifləri ermənilərin qara rəngli beynəlxalq terrorunu insanlığa yağı kəsilmiş təhlükə mənbəyi kimi xarakterizə edərək, onların bütün əməllərinin “düyün nöqtəsi” olaraq Xocalı faciəsini önə çəkiblər.
Ümumən Qarabağda, konkret olaraq Xocalıda törədilən müharibə cinayətlərinin, soyqırımı aktlarının tarixi köklərini və hazırkı reallıqlarını təhlil edən müəllif-analitiklər həmin cinayətlər prosesinə və 20 ildən artıq davam edən işğal faktına dünya ictimaiyyətinin diqqətini yönəldərək, beynəlxalq erməni terroruna qarşı müqavimət hərəkatını formalaşdırmış “Xocalıya ədalət!” kampaniyasının həm xalqımız, həm də bütövlükdə tərəqqipərvər bəşəriyyət üçün böyük önəm daşıyan fəaliyyətini qiymətləndirirlər.
Həmin mübariz əxlaqa sədaqətlə yazılmış kitabın III cildi hələ ictimaiyyətə bəlli olmayan bir çox faktların üzə çıxarılması baxımından olduqca əhəmiyyətlidir. Məsələn, kitabın “Millətçi erməniləri ifşa edən faktlar, etiraflar” bölümündə tanınmış erməni yazıçısı, öz milli tarixinə şovinist həmvətənlərindən fərqli mövqedə yanaşan Ovanes Tumanyanın 1910-cu ildə çap olunmuş “Bədnam xalq” məqaləsində deyilir: “Əgər bizdə müdriklik, mərdlik və sağlam intuisiya kimi keyfiyyətlər varsa, onda biz bütün bunlara göz yummamalı, elə düşünməməliyik ki, bizim insanlar mənəvi cəhətdən tamamilə korlanmışdır. Xəstəliyə qarşı mübarizənin birinci şərti, sağalmağın əsas şərti odur ki, biz öz bədbəxtliyimizi öz vicdanımız qarşısında və bütün dünya qarşısında etiraf edək.
Onda xilasedici mənlik şüuru oyanacaq, biz özümüzü təkmilləşdirməyə və nəcib əməllərə meyl edəcəyik.
Başqa yol yoxdur. Həqiqi qurtuluş içəridən gəlməlidir, çünki bizim iç dünyamız xəstədir”.
Bu tipli faktlar erməni riyakarlığının hətta onların öz ziyalılarını, yaradıcı adamlarını da bezdirdiyini, ümumiyyətlə, erməni ictimai-siyasi dünyagörüşünün dərin ziddiyyət və böhranlar burulğanında boğulduğunu bir daha təsdiqləyir.
Nəşrin “Erməni mənşəli dünya alimləri və elmi ictimaiyyət tarixi həqiqətləri saxtalaşdırmaqda erməni həmkarlarını ittiham edirlər” bölümündə isə mövzunun adından göründüyü kimi, erməni tarixi saxtakarlığına qarşı onların öz dilindən amansız faktlar ortaya çıxarılır, elmi meyarlara ehtiram bəsləyən dünya alimləri tərəfindən ermənilərin quraşdırdıqları “tarix” və “həqiqət” rədd edilir.
Kitabda Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyevin “Soyqırımı insanlığa qarşı amansız cinayətdir” sərlövhəli yazısında ermənilərin Xocalıda törətdikləri soyqırımı dəhşətləri konkret rəqəmlər və faktlar əsasında tam dolğunluğu ilə öz əksini tapıb, qətliamın təşkilatçılarının və icraçılarının öz layiqli cəzalarına çatacaqlarına əminlik ifadə olunub.
Qan yaddaşı ilə yazılmış bu üçcildlik əsər həm ölkəmizdə, həm də xaricdə milli dünyagörüşünə malik, Vətən torpağının bütövlüyünü düşünən və onun uğrunda fədakar mübarizəsini əsirgəməyən hər bir azərbaycanlının stolüstü kitabı olmalıdır.
Vasif Səmədov və Rövşən Vəlizadənin bu sanballı tədqiqatı Qarabağ uğrunda vuruşan kitab-silah funksiyasında nəinki indi, nəinki torpaqlarımız işğaldan azad edilən prosesdə, eləcə də sonra gərəyimiz olacaq. Qarabağ uğrunda mübarizənin yeni mərhələsində beynəlxalq erməni terroruna qarşı mükəmməl strateji platformanı modelləşdirən bu əsər danılmaz maraqlar toplusu, hədəf müəyyənliyi ilə Azərbaycan dövlətinin müstəqilliyinə və ərazi bütövlüyünə qarşı hər hansı təxribat və təhdidləri önləməyə, ifşa etməyə açar verən bir ideoloji silahdır.
Kitabda diqqəti cəlb edən məqamlardan biri də öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın mədəni-maarif, sosial, ailə və məişət problemlərinin həllində Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və bütövlükdə Azərbaycan hökumətinin çoxşaxəli qayğılarından bəhs edilməsi, maraqlı təhlillərin aparılmasıdır.
Müəlliflərin araşdırmalarına xüsusi rəyin və nəşrə “Ön söz”ün müəllifi, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Rafael Hüseynovdur.
AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilmiş elmi monoqrafiyanın baş elmi məsləhətçisi, Milli Məclisin deputatı, bu elmi müəssisənin direktoru, hüquq üzrə fəlsəfə doktoru, professor Aytən Mustafayevadır.
Nəşrin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Kampaniya davam edir. Məqsədimiz Xocalı hadisələri barədə dünya ictimaiyyətini məlumatlandırmaq və beynəlxalq hüquqi müstəvidə tanınmasına nail olmaqdır” kimi müdrik kəlamları bizləri bir daha müvafiq istiqamətdə fədakar olmağa çağırır.
“Xocalıya ədalət!” kampaniyasının beş illik uğurlu fəaliyyətindən bəhs edən bu kitab bütövlükdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın - nəcib, humanist, müqəddəs və həm də çətin, lakin şərəfli bir missiyanı layiqincə yerinə yetirən bir Azərbaycan xanımının bəşəriyyətə ədalət çağırışı ilə yaşayan, işləyən bir insan ömrünün salnaməsidir.
Tədqiqatda Azərbaycan, ingilis, rus dillərində, həmçinin qəzet və jurnallardan, internet resursları olmaqla 103 mənbədən istifadə edilib.
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27

