/ / “Mən narkomaniyanı belə görürəm” mövzusunda keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıblar
“Mən narkomaniyanı belə görürəm” mövzusunda keçirilmiş müsabiqənin qalibləri mükafatlandırılıblar
25.06.2014 [10:19]
İyunun 24-də “Park Bulvar” alış-veriş mərkəzində Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə təşkilatçılığı ilə paytaxtdakı orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən narkomaniyanı belə görürəm” mövzusunda keçirilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
AzərTAc xəbər verir ki, Ofisin rəhbəri Məzahir Əfəndiyev 26 iyun - BMT-nin Dünya Narkotiklər Əleyhinə Mübarizə Günü ərəfəsində keçirilən tədbirin əhəmiyyətindən söz açıb. O bildirib ki, cəmiyyətdə, xüsusən gənclər arasında narkomaniyanın yayılmasına qarşı mübarizədə ölkənin əsas qeyri-hökuməti təşkilatı sayılan Ofis bu istiqamətdə maarifləndirmə, təbliğatı daha da gücləndirmək məqsədilə uşaq rəsmlərinin və şüarlarının seçilməsinə dair müsabiqə və sərgi keçirib. Paytaxtın bütün rayonlarının gənclər və idman idarələrinə müraciət edilib, müsabiqə elan olunaraq bu istiqamətdə rəsm və şüarlar toplanıb. Tədbirin təşkilində əsas məqsəd ictimaiyyətin diqqətini bu məsələyə cəlb etməkdir.
Qeyd olunub ki, BŞGİBİ, Azərbaycan Rəssamlar İttifaqı və Ofisin mütəxəssislərinin verdiyi rəylər əsasında qaliblər müəyyənləşdirilib.
BŞGİBİ-yə, Təhsil Nazirliyinə və digər təşkilatlara göstərilən dəstəyə görə minnətdarlığını bildirən M.Əfəndiyev vurğulayıb ki, cəmiyyət, xüsusən də məktəblilər belə tədbirlər vasitəsilə narkomaniyanın zərərləri haqqında kifayət qədər maariflənəcək, rəsmləri, şüarları vasitəsilə insanların sağlamlığı naminə narkomaniya əleyhinə təbliğatda fəallıq göstərərək bu işin qurulmasında özlərini lazımlı və gərəkli hiss edəcəklər.
BŞGİBİ-nın rəisi Raqif Abbasov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Asif Rzayev, Həşim Elçiyev və digərləri çıxış edərək ümumbəşəri problem sayılan narkomaniya ilə mübarizədə müxtəlif təşkilatlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Sonra rəsm müsabiqəsinin qalibləri olan məktəblilər üç nominasiya üzrə mükafatlandırılıblar.
Müsabiqənin qaydalarına əsasən, qaliblərin rəsmləri və şüarları “Park Bulvar” alış-veriş mərkəzində təşkil olunmuş sərgidə nümayiş etdirilib.
Tədbirdə, həmçinin narkomaniyaya qarşı mübarizə tədbirlərini geniş işıqlandırmış KİV-lərin nümayəndələri sertifikatlarla təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08

