Abdal Gülablının anım günü keçirilib
08.07.2014 [10:27]
Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Dram Teatrının binasında Qarabağın dilbər guşələrindən biri və 22 ildir ki, ermənilərin işğalı altında olan Abdal-Gülablı kəndinin anım günü keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Ağdam rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin həyata keçirdiyi “Abdal-Gülablının anım ili” layihəsi çərçivəsində gerçəkləşən musiqili-ədəbi axşamda əvvəlcə Qulu Ağsəsin müəllifliyi ilə AzTV-də istehsal olunmuş “Yurd yeri: Abdal-Gülablı” filmi nümayiş olunub. Tədbiri respublikanın Əməkdar artisti, tanınmış diktor Əli Məmmədov açıb. Daha sonra layihənin rəhbəri Təhmasib Novruzov layihənin əsas məqsədlərindən və qarşıya qoyulan vəzifələrdən danışıb. T.Novruzov tədbir iştirakçılarına layihə çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində “Yurd yeri: Abdal-Gülablı” adlı kitab çap olunub, “SəsTV” onlayn televiziyası ilə birlikdə 30 dəqiqəlik “Abdal-Gülablısız 22 il” adlı film hazırlanıb, Abdal-Gülablı əsilli tarixi şəxsiyyətlər və müasir dövrdəki ziyalılar haqqında geniş məlumatlar əldə edilib, kəndin tarixi ilə bağlı bir sıra yeni faktlar aşkar olunub. T.Novruzov əlavə edib ki, hələ 1970-ci illərdə Ulu öndər Heydər Əliyevin dilçilik elminin bir sahəsi olan Anomastikanın, xüsusilə Toponomika bölməsinin inkişafına göstərdiyi qayğının əsl mahiyyəti və əhəmiyyəti bu layihənin icrası zamanı bir daha təsdiqini tapıb. Sevindirici haldır ki, Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu sahəyə daim diqqət və qayğı göstərir. Bu gün gerçəkləşən bu və buna bənzər layihələr məhz bu qayğının təzahürüdür.
Musiqili - ədəbi axşamda filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva, şair Abdal Qəhrəman (Qəhrəman Hüseynov) çıxış edərək Abdal-Gülablının yerləşdiyi məkanın heyrətamiz gözəlliyindən, bu kəndin səfalı təbiətindən, təbii sərvətlərindən, tarixindən, yetirdiyi görkəmli tarixi simalardan söhbət açıblar.
Səxavət Məmmədov adına “Qarabağ” İnstrumental Ansamblının və ansamblın solistləri, Azərbaycan Respublikasının Əməkdar artisti Fehruz Səxavətin, Əliyar Məmmədovun, gənc xanəndə, “Muğam” Respublika Festivalının qalibi Səbinə Ərəbovanın ifalarında səslənən musiqi nömrələri tədbir iştirakçılarının zövqünu oxşamaqla yanaşı, vətənpərvərlik hisslərini tərənnüm edib. Gənc Qiraətçilərin Ümumrespublika Müsabiqəsinin qalibləri Əsmər Qasımovanın, Ofelya Nəbiyevanın, Arif və Fidan İsmayılovların, Şölə Kərimovanın Abdal-Gülablı əsilli şairlərin yaradıcılığından ifa etdikləri şeirlər tədbirə xüsusi rəng qatıb.
Sonda Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov çıxış edərək bu səpkidə keçirilən tədbirlərin əhəmiyyətindən söz açıb və belə bir tədbirin gerçəkləşməsində əməyi olan hər kəsə Ağdam ictimaiyyəti adından təşəkkürünü bildirib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32

