Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şirvan şəhər Bayramlı qəsəbəsində yenidən inşa edilən binanın açılış mərasimi keçirilib

Şirvan şəhər Bayramlı qəsəbəsində yenidən inşa edilən binanın açılış mərasimi keçirilib

22.08.2014 [09:39]

Şirvan şəhərində 2 mərtəbəli, 12 mənzilli yeni yaşayış binasının açılış mərasimi olub.
Mərasimdə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov bildirib ki, ötən əsrin 30-cu illərində qəsəbə ərazisində M.Ə.Sabir küçəsi 2 və 6 saylı ünvanlarda inşa olunmuş yaşayış binaları uzun müddət istismar olunduğu üçün fiziki köhnəlməyə, aşınmaya, deformasiyaya məruz qalaraq qəzalı vəziyyətə düşüb. Qeyd olunan binaların sakinləri tərəfindən Azərbaycan Respublikasının Prezidentinə edilmiş müraciət əsasında Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən texniki baxış-müayinə keçirilərək həmin binaların qəzalı vəziyyətə düşməsi barədə rəy verilib. Qəzalı vəziyyətdə olan binanın sakinləri şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış vəsait hesabına müvəqqəti olaraq kirayə evlərdə yerləşdirilib. Komissiyanın qərarı ilə M.Ə.Sabir küçəsi 2 saylı ünvanda yerləşən qəzalı vəziyyətdə olan yaşayış binası sökülüb və yerində 2 mərtəbəli 12 mənzilli yaşayış binası inşa olunaraq sakinlərin istifadəsinə verilib.
Bildirilib ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılmasına xidmət göstərir. Azərbaycan dövləti əldə olunan iqtisadi naliyyətlərini məhz vətəndaşlarımızın rahat yaşayışını təmin etmək üçün səfərbər edib.
Daha sonra çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildiriblər.
PƏrviz

Paylaş:
Baxılıb: 1189 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30