Səbailli “Gənc Heydərçilər”in Qusardakı yay düşərgəsində istirahəti başa çatıb
04.09.2014 [09:33]
Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki işlər çərçivəsində Səbail rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə həyata keçirilən yeni layihə dünən başa çatıb.
Qeyd edək ki, bu layihənin Müdafiə Nazirliyinin hərbi hissəsində keçirilməsi məktəblilərə hərbi sahədə daha çox biliklər və təcrübə əldə etməyə imkan verib. Hərbi hissədəki əsgər kazarmalarının birində “Gənc Heydərçilər” üçün hər cür şərait yaradılıb. Burada Azərbaycan Xalqının Ümummilli lideri Heydər Əliyevə, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ölkədəki ordu quruculuğuna, Milli qəhrəmanlarımıza həsr olunmuş stendlər, hərbi təlimatlar asılıb. Düşərgədə məşğələlərin hərbi nizamnaməyə uyğun tərzdə keçirilməsi uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edib.
Layihənin bağlanış mərasimindən bir gün əvvəl düşərgədə ənənəvi tonqal ətrafında konsert proqramı təşkil olunub, uşaqlar, eləcə də, hərbi hissənin şəxsi heyəti üçün tanınmış incəsənət xadimlərinin iştirakı ilə bayram konserti və nahar süfrəsi təşkil olunub.
Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbirdə iştirak edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili - Ombudsman Elmira Süleymanova, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Kamran Nəsibov, “N” saylı hərbi hissənin komandir əvəzi, polkovnik-leytenant Şahin Qəhrəmanov, valideynlər və digər qonaqlar uşaqların istirahəti, burada onlar üçün yaradılmış şəraitlə yaxından tanış olub, hərbi təlimlərdə fərqlənmiş, idman yarışlarında qalib gəlmiş bir qrup şagirdə xatirə medalları, uşaqların tərbiyəsi işlərində cavabdeh olan dəstə rəhbərlərinə və hərbçilərə isə qiymətli hədiyyələr təqdim ediblər.
Yeniyetmələr hərbi hissənin orkestrinin müşayiəti ilə qonaqlar qarşısında hərbi keçidlə keçib, düşərgədə öyrəndiklərini nümayiş etdiriblər.
Beləliklə, hərbi-vətənpərvərlik təmayüllü “Gənc Heydərçilər” düşərgəsində 2 həftə ərzində keçən mənalı və yaddaqalan istirahət uşaqların xatirində silinməz izlər buraxıb, onlar burada yeni-yeni dostlar tapıb, bölgənin tarixi və görməli yerləri ilə yaxından tanış olublar. Maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr, onların valideynləri bu gözəl və yaddaqalan tədbirə görə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

