Qəbələnin daha 3 kəndində yeni məktəb binaları qapılarını müəllim və şagirdlərin üzünə açıb
16.09.2014 [09:39]
2014-2015-ci tədris ilinin başlanması münasibətilə sentyabrın 15-də Qəbələnin bütün orta ümumtəhsil məktəblərində “Bilik Günü” mərasimləri keçirilib, rayonun Yengicə və Zirik kəndlərində yeni tikilən ümumi orta məktəb binalarının, Böyük Pirəli kəndində isə əsaslı təmir olunan tam orta məktəb binasının açılış mərasimləri təşkil olunub.
AzərTAc xəbər verir ki, bayram şənliklərində rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin nümayəndələri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.
Tədbirlərdə son illər sürətli inkişaf yoluna qədəm qoyan Qəbələ rayonunda təhsil sahəsinə göstərilən qayğıdan danışılıb. Mərasimlərdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev müəllim və şagirdlər, kənd ictimaiyyəti qarşısında çıxış edərkən təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən ətraflı danışıblar.
Natiqlər Azərbaycan təhsilinin zəngin və mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etdirilməsi sahəsində görülən işlərdən söz açıblar. Onlar “Bilik Günü”, yeni dərs ilinin başlanması və təzə məktəb binalarının açılışı münasibətilə tədris ocaqlarının pedaqoji kollektivlərini, şagirdləri və valideynləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Mərasimlərdə qeyd edilib ki, ötən 10 ildə rayonda 28 yeni məktəb binası inşa edilib, 4 məktəb binası əsaslı təmir olunub, istifadəyə verilən məktəblərin hər birində müasir texniki avadanlıqlar quraşdırılıb, kitabxanalar, idman zalları, fənn kabinetləri, laboratoriyalar yaradılıb, müasir kompyuterlər şagird və müəllimlərin ixtiyarına verilib. Bildirilib ki, 2014-2015-ci tədris ilinə hazırlıq məqsədilə bütün məktəblərdə cari təmir işləri aparılıb, təhsil ocaqları yeni inventar və avadanlıqlarla təchiz olunub.
Daha sonra yeni istifadəyə verilən məktəblərin birinci sinif şagirdlərinə dərs ləvazimatları və çantalar hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50

