“AtaSığorta” 10 illik yubileyini qeyd edir
11.10.2014 [10:48]
Müseyib Əliyev: “AtaSığorta” ASC ötən müddət ərzində ciddi bir inkişaf yolu keçib və inkişaf etməkdə olan sığorta sektorunda öz yerini tutub
Dünən “Excelsior Hotel Baku” hotelində “AtaSığorta” ASC-nin 10 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyev, İdarə Heyətinin sədr müavini Orxan Məmmədov, İdarə Heyətinin üzvləri - Ramil Abdullayev və Azər Fərəcov iştirak ediblər. Jurnalistlər qarşısında çıxış edən İdarə Heyətinin sədri Müseyib Əliyev bildirib ki, 2014-cü ildə öz fəaliyyətinin 10 ilini tamamlayan “AtaSığorta” ASC ötən müddət ərzində ciddi bir inkişaf yolu keçib və inkişaf etməkdə olan sığorta sektorunda öz yerini tutub. Şirkət yalnız Bakı şəhərində deyil, eyni zamanda, Azərbaycanın şimal, cənub, qərb regionlarını əhatə etməklə ənənəvi sığorta növlərini müştərilərinə təklif edir.
“AtaSığorta” ASC Azərbaycanın sığorta sektoru ilə yanaşı, dünyanın bir sıra aparıcı sığorta şirkətləri və brokerləri ilə ciddi əməkdaşlıq edir. Şirkət ölkənin iqtisadi inkişaf tempinə uyğun olaraq davamlı şəkildə öz fəaliyyətini təhlil edir və yenilikləri tətbiq edərək cəmiyyətin inkişafına ümumi töhfə verir. Peşəkarlıq və innovativ yaxınlaşmanı özünün əsas prinsipləri kimi müəyyən edən şirkətdə əsasən gənclər çalışır və daim qabaqcıl təcrübədən faydalanmaqla şirkətin inkişafını təmin edirlər. Təsadüfi deyil ki, “AtaSığorta” ASC bu yubileyini öz işini bilən və iddialı peşəkarlarla qeyd edir. Bununla bağlı olaraq, şirkət işini bilən və iddialı insanları cəmiyyətə tanıtmaq, onlara dəstək olmaq və önə çıxarmaq məqsədilə “Mən işimi bilirəm!” adlı kampaniyaya start verir.
Məlumat üçün bildirək ki, “AtaHolding” Şirkətlər Qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 milyon manat olan şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir və eyni zamanda, təkrar sığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Həmçinin, şirkət Azərbaycan Sığortaçılar Assosiasiyasının, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan-Türkiyə İşadamları Birliyinin və Azərbaycan Risk Peşəkarları Assosiasiyasının üzvüdür. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə ümumilikdə 18 filial, nümayəndəlik və satış ofisi daxildir.
NADİR
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

