Növbəti böyük humanizm nümunəsi
21.10.2014 [10:00]
Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı Dövlət Müstəqilliyi Günü ərəfəsində onlarla ailəyə sevinc gətirdi
Məlum olduğu kimi, 17 oktyabrda Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 80 nəfər cəzasının çəkilməmiş hissəsindən, bir nəfər şərti cəzadan, iki nəfər islah işləri cəzasından, bir nəfər isə cərimə cəzasından azad olunub. Sərəncamda qeyd olunur ki, əvf olunan şəxslər onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsasında müəyyənləşdirilir.
Göründüyü kimi, Azərbaycanda məhkumların əfv olunması mütəmadi xarakter daşıyır. Bu isə Ulu öndərin humanizm siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi kimi səciyyələndirilməlidir. Xatırladaq ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistliyin nəticəsində əfv və amnistiya təsisatları yaradılıb və 1995-2003-cü illərdə 7 amnistiya aktı, 32 əfv fərmanı qəbul edilib. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib. Məhz Ulu öndər Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü də aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb.
Ümumiyyətlə, cinayət törədənlərin mütəmadi qaydada əfv olunması istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyan addımdır. Cinayət törədərək məhkum olunan, eyni zamanda səhvini anlayaraq peşmançılıq keçirən insan yenidən dövlətin və cəmiyyətin etibarını qazanmaq zərurəti hiss edir. Dövlətin belə məhkumlara etimad göstərərək onları əfv etməsi həmin insanların özlərinə olan inamını artırır, gələcəkdə öz həyatlarını qanunlara hörmət çərçivəsində davam etdirərək, ölkənin layiqli vətəndaşı olmağa həvəsləndirir. Bu, həm də onların cəmiyyət tərəfindən daha tez qəbul olunması və özlərinə layiqli yer tapmasına da şərait yaradır. Eyni zamanda, cinayətkarlıq yolundan üz çevirərək özünü təkmilləşdirməyə çalışan və bununla başqalarına da nümunə olan insanların sayının artması cəmiyyət daxilindəki kriminogen duruma, cinayətkarlığın və ümumiyyətlə, neqativ halların səviyyəsinə təsir göstərən faktor kimi çıxış edir.
Digər tərəfdən, dövlətin humanizm siyasəti vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amil hesab oluna bilər. Əfv olunan vətəndaşlar dövlətin onlara olan etibarını daim hiss edir, bu isə onları layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə onsuz da güclü olan etimadını daha da qüvvətləndirir. Nəticədə, cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən uğurlu vətəndaş-dövlət münasibətləri formalaşır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, sonuncu əfv Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən oktyabrın 18-də icra olunub. Sərəncamın icrası Ədliyyə Nazirliyinin məsul işçilərinin, Penitensiar Xidmət rəhbərliyinin, insan hüquqları üzrə müvəkkilin, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Sərəncamın vaxtında icrasını təmin ediblər. Prezident tərəfindən əfv olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasından, 3 saylı İstintaq Təcridxanasından, İxtisaslaşdırılmış Müalicə Müəssisəsindən, 2, 4, 6, 9, 17 saylı cəzaçəkmə müəssisələrindən və digər müəssisələrdən azadlığa buraxılıblar.
Cəzaçəkmə müəssisələrində keçirilən tədbirlərdə çıxış edənlər əmin olduqlarını bildiriblər ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, yenidən cinayət törətməyəcək, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklər.
Qeyd edilib ki, son illər Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində bir sıra humanist qərarlar qəbul olunub. Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv Sərəncamı da bu humanist qərarların tərkib hissəsidir. Dövlətimizin başçısının bu humanist addımı 18 oktyabr - Dövlət Müstəqilliyi Günündə ailələri sevindirib.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə müvafiq sənədləri təqdim edib. Azadlığa çıxan şəxslər, habelə onları qarşılamağa gəlmiş yaxınları əfv olunmalarına və göstərdiyi humanistliyə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Oktay
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

