Bəzi işəgötürənlər qanunvericiliyin tələblərini kobud surətdə pozurlar
24.10.2014 [09:23]
Vergilər Nazirliyi əmək münasibətlərinə vergi nəzarətinin təşkili sahəsində əməliyyat nəzarət tədbirlərini davam etdirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alındıqdan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərildikdən sonra hüquqi qüvvəyə minir. Muzdlu işə cəlb edilmiş şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən aparılan təsirli tədbirlərə, eləcə də işəgötürənlər arasında təbliğatın və maarifləndirilmə işlərinin gücləndirilməsinə baxmayaraq, bəzi işəgötürənlər hələ də işçilərlə əmək müqavilələri bağlamadan və iş yerlərini rəsmiləşdirmədən vətəndaşları müxtəlif işlərin görülməsinə cəlb etməklə, mövcud qanunvericiliyin tələblərini kobud surətdə pozurlar.
Vergilər Nazirliyi tərəfindən əmək münasibətləri sahəsində həyata keçirilən əməliyyat nəzarət tədbirləri nəticəsində Binəqədi rayonunda yerləşən, Zülfüqarov Samir Sənan oğluna məxsus idman-əyləncə mərkəzinin tikintisində 20 nəfərin, Səbail rayonu Badamdar qəsəbəsində yerləşən, Qarahmədov Elxan Cəmi oğluna məxsus hotel tikintisində isə 27 nəfərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərdən alınmış izahatlardan aydın olub ki, onların tikinti obyektlərində xeyli müddət işləmələrinə baxmayaraq, heç biri ilə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı rəsmiləşdirmə işləri aparılmayıb. Bundan əlavə, hər iki şəxsin vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu da müəyyən edilib və hər iki faktla bağlı materiallar Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43

