Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib
25.11.2014 [09:42]
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ənənəvi turniri keçirilib. Turnirdə 22 komanda iştirak edib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndəsi Natiq Əliyev oyun iştirakçılarına təbriklə müraciət edib. Rusiyanın azərbaycanlı gəncləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnirin təşkilinə göstərdiyi dəstəyə görə RAGB-nin sədri Leyla Əliyevaya təşəkkür edən N.Əliyev vurğulayıb ki, gənclər cəmiyyətin güclü diasporun formalaşmasında mühüm rol oynayan çevik və dinamik hissəsidir. Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsinə böyük diqqət yetirilir, gənc nəslin potensialını üzə çıxarmaq üçün hər cür şərait yaradılır. O deyib: “Bu gün Azərbaycan inkişaf dövrü yaşayır. Bu inkişafın əsası müasir müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
“Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı, “Büllur bayquş” mükafatının sahibi Vladimir Antoxin turnirin aparıcısı olub. Sualları “Nə? Harada? Nə zaman?” oyununun əfsanəvi oyunçusu, “Büllur bayquş” mükafatının sahibi Rövşən Əsgərov təqdim edib.
Turnirdə Rusiyanın Moskva Dövlət Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət Texniki Universiteti kimi aparıcı ali məktəblərinin Azərbaycan klublarının komandaları iştirak edib. RF Hökuməti yanında Maliyyə Universitetinin və G.V. Plexanov adına Rusiya İqtisad Universitetinin “Suyeta” adlı birləşmiş komandası turnirin qalibi olub. Nicat Talıbov, Əkbər Xammədli, Emin İsmayıllov, Vadim Tyurenkov, Miroslav Qridin və Elvin Kərimovdan ibarət komanda bütün oyun ərzində gözəl nəticə göstərib. Qaliblərə RAGB-nin medalları, fəxri fərmanları və pul mükafatları təqdim olunub.
Oyunda Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin istər Azərbaycan, istərsə də rus millətindən olan üzvləri iştirak ediblər. Gecənin aparıcısı V.Antoxin AzərTAc-ın müxbirinə müsahibəsində deyib: “İştirakçılar mənim çox xoşuma gəldi. Yetərincə erudisiyalı və məlumatlı gənclərdir. Beş ballıq sistemlə götürsək, sualların çətinliyini dörd balla qiymətləndirmək olar. Hesab edirəm ki, uşaqlar yaxşı oyun göstərdilər”.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

