/ / Tovuz rayonunda da bələdiyyə seçkiləri yüksək standartlara uyğun, tam ədalətli və demokratik şəraitdə baş tutub
Tovuz rayonunda da bələdiyyə seçkiləri yüksək standartlara uyğun, tam ədalətli və demokratik şəraitdə baş tutub
24.12.2014 [09:35]
Tovuz rayonunda da bələdiyyə seçkiləri yüksək standartlara uyğun, tam ədalətli və demokratik şəraitdə baş tutub. Bunu seçkilərin gedişini izləyən müşahidəçilər və seçicilərin səsləndirdiyi fikirlər də təsdiq edir. Qeyd edək ki, Tovuz rayon ərazisində 3 dairə - 104 saylı Gədəbəy - Tovuz, 105 saylı Tovuz və 106 saylı Tovuz-Ağstafa-Qazax Seçki dairələri yerləşir.
105 saylı Tovuz Seçki Dairəsinin 4 saylı seçki məntəqəsinin sədri Nazim Hümbətov deyib ki, səsvermə prosesinə saat 08:00-da qutuların açılması ilə start verilib və seçkilərdə yüksək seçici fəallığı müşahidə edilməkdədir. O, bu məntəqə üzrə seçicilərin böyük həvəs və fəallıqla iştirakının təqdirəlayiq olduğunu söyləyib. Nazim Hümbətovun sözlərinə görə, seçicilərin azad və demokratik şəraitdə öz seçimlərini ifadə etməsi üçün hər cür şərait yaradılıb.
Komissiyanın katibi Rəşid Vəliyev də səsvermə prosesinin tam ədalətli və demokratik şəraitdə keçirildiyini, heç bir qanun pozuntusunun qeydə alınmadığını vurğulayıb. Onun sözlərinə görə, vətəndaşlar bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında daha çox məlumatlı olduğundan, prosesə ciddi maraq göstərirlər.
Komissiyanın üzvü Vəkil Abbasov da səsvermə prosesinin tam qanunvericiliyə uyğun şəkildə həyata keçirildiyini, prosesə hansısa qanunsuz müdaxilənin olmadığını, insanlara öz iradələrini ifadə etmək üçün hər cür şərait yaradıldığını vurğulayıb.
5 saylı məntəqə komissiyasının üzvü Qəzənfər Axundov da seçkilərin azad və demokratik şəraitdə baş tutduğunu vurğulayıb. Onun sözlərinə görə, bu seçkilərdə də yüksək seçici fəallığı müşahidə edilməkdədir. Müşahidəçilər Pakizə Xıdırova və Cavid Hacızadə seçkilərin gedişində heç bir qanun pozuntusuna rast gəlinmədiyini bildirib.
Seçicilər də yaradılan demokratik şəraitdən razılıqlarını bildiriblər. Onlar öz seçimlərinin səbəblərini də bizimlə bölüşüblər. Zaman Bayramov Azərbaycanda yüksək inkişaf siyasətinin həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının böyük rolu olduğunu vurğulayaraq bu seçkilərdə də YAP-ın namizədlərinə səs verdiyini söyləyib. Rafiq Musayev isə seçimini belə əsaslandırıb ki, YAP-ın irəli sürdüyü namizədlər əhali arasında hörmət və nüfuz sahibi olan, işgüzar insanlar olduqları üçün hakim partiyanın namizədlərinə səs verib.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24

