“Azercell”in Bölgə Tələbə Proqramının qalibləri müəyyən edilib
22.01.2015 [09:21]
Azərbaycanda gənclərin inkişafına yönəlmiş layihələri dəstəkləyən və təhsillə bağlı bir sıra proqramlar həyata keçirən “Azercell Telekom”un reallaşdırdığı Bölgə Tələbə Proqramının qalibləri müəyyən olunub. Bölgə Tələbə Proqramının mərhələli seçimləri nəticəsində “Azercell”in təqaüdçüsü adını qazanan 5 tələbə ali təhsillərinin sonunadək şirkət tərəfindən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsində biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanını da əldə edəcəklər. Proqramın qalibləri sırasında Lənkəran Dövlət Universitetinin 1, Mingəçevir Politexnik İnstitutu və Naxçıvan Dövlət Universitetinin hər birindən 2 tələbə yer alıb.
Şirkətdən verilən məlumatda bildirilir ki, Bölgə Tələbə Proqramına “Azercell”15 oktyabr 2014-cü il tarixində başlayıb və Naxçıvan Dövlət Universitetində, Lənkəran Dövlət Universitetində və Mingəçevir Politexnik İnstitutunda təhsil alan tələbələrə bu proqrama qatılmaq imkanını yaradıb. Proqramın əsas məqsədi müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək, yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq və korporativ sosial məsuliyyətli fəaliyyətlər çərçivəsində cəmiyyətə töhfə verməkdir.
Tələbələr arasında seçimlər 2 mərhələdə baş tutub. Birinci mərhələ tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. İkinci seçim mərhələsində iştirak edən tələbələrə məntiq məsələlərindən ibarət yazılı tapşırıqla yanaşı, müxtəlif mövzularda Azərbaycan dilində inşa yazmaq tapşırığı verilib. Bundan əlavə, tələbələr “Azercell”in mütəxəssisləri tərəfindən keçirilən üz-üzə müsahibələrdə iştirak ediblər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə, təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndirilib.
Qeyd edək ki, Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan Tələbə Proqramı 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Onlar “Azercell”dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin dəstəyi ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanırlar.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48

