Füzulidə baharın gəlişi böyük sevinclə qeyd edilib
18.03.2015 [10:06]
Baharın gəlişi münasibətilə Horadiz şəhərindəki Olimpiya İdman Kompleksinin stadionunda ümumrayon bayram şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlayan bayram tədbirində Novruz tonqalı qalanıb. Meydanda xonçalar və səmənilər düzülüb, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Qadınlar yun darayıb, nehrə çalxalayıb, sacda yuxa bişiriblər.
Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev füzulililəri bayram münasibətilə təbrik ediblər. Çıxışlarda Novruzun xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, ən qədim və əziz bayramlardan olduğu vurğulanıb. Qeyd olunub ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi tərəfindən martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Əminliklə bildirilib ki, işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacaq, bütün məcburi köçkünlər, o cümlədən füzulililər öz doğma yurdlarına qayıdacaqlar.
Bayram şənliyində Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri rəqs edib, uşaqlar yumurta döyüşdürüblər. İdmançıların nümunəvi çıxışları, Kosa və Keçəlin zarafatları, rayon mədəniyyət evinin musiqiçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.
Novruz bayramı münasibətilə şəhid ailələrinə, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi veteranlarına, əlillərə, eləcə də imkansız ailələrə bayram sovqatı paylanılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24

