/ / Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan konfrans keçirilib
Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan konfrans keçirilib
23.04.2015 [10:19]
Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın iştirakçıları əvvəlcə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli liderin büstü önünə gül düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransda Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr verdiyini, onun keçdiyi şərəfli həyat yolunun bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat, kamillik və müdriklik məktəbi olduğunu nəzərə çatdırıb. Qeyd edilib ki, Zərifə Əliyeva Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılıb.
Yeni Azərbaycan Partiyası Respublika Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, Zərifə Əliyeva qısa, lakin şərəfli ömrünü faydalı işlərə sərf edib, oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib.
Abşeron rayon İcra Hakimiyyəti başçısının birinci müavini İradə Gülməmmədova, Yeni Azərbaycan Partiyası Qadınlar şurası Abşeron rayon təşkilatının sədri Təyyubə Hüseynova və başqaları respublikanın hər yerində olduğu kimi, Abşeronda da akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı silsilə tədbirlərin, konfransların keçirildiyini bildiriblər. Çıxışlarda qeyd olunub ki, Zərifə Əliyeva həm də Azərbaycan qadınlarının nəcib xüsusiyyətlərini özündə birləşdirməklə Ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olub.
Konfransda vurğulanıb ki, Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə Əliyevanın çoxşaxəli humanitar missiyası bu gün Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

