Tələbələrə qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları barədə məlumat verilib
23.04.2015 [10:24]
Aprelin 22-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) bu ali məktəbin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları və onların qarşısının alınması yolları” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, Ulu öndərin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olub, büstü önünə əklil qoyublar.
Tədbirdə AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı bildirib ki, bugünkü konfrans “Qeyri-ənənəvi dini cərəyanların təbliğat metodları və onların qarşısının alınması yolları” mövzusuna həsr olunub. “Təhsil müəssisələrində uşaq və gənclərin milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması konfranslarının gücləndirilməsi haqqında” 2015-ci il üzrə birgə Fəaliyyət planına əsasən Azərbaycan Müəllimlər İnstitutu üzrə müvafiq konfranslar planı təsdiqlənib. Ötən müddətdə bir neçə “dəyirmi masa” keçirilib, respublika konfransının təşkili nəzərdə tutulur.
Rektor qeyd edib ki, Azərbaycan zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik bir ölkədir. Sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmiz həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olub. Azərbaycan Respublikası dünyəvi dövlətdir və burada dini-mənəvi dəyərlərə, ayrı-ayrı millətlərin dinlərinə hörmətlə yanaşılır.
Təəssüflər olsun ki, sözdə dini və milli tolerantlıqdan bəhs edən bir sıra dövlətlər və beynəlxalq təşkilatlar erməni vandalizminə heç bir münasibət bildirmirlər. Bəzi dövlətlər islamı terrorçu din obrazında təqdim etməyə çalışırlar.
Tarixən Azərbaycanda heç zaman milli və dini zəmində ayrı-seçkilik baş verməyib. Hətta Azərbaycan xalqına və bütün türk dünyasına düşmən olan ermənilərin Bakı şəhərindəki kilsəsi də tarixi abidə kimi qorunur və ehtiyac olduqda bərpa edilir. Ermənilər isə işğal etdikləri ərazilərimizdə demək olar ki, bütün abidələrimizi, o cümlədən yüzlərlə məscid və qəbiristanlığı dağıdaraq yer üzündən siliblər.
Ümummilli lider Heydər Əliyevin “İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir” sözlərini xatırladan A.Naxçıvanlı bildirib ki, Azərbaycanda dövlət tərəfindən məscidlərin, kilsələrin və sinaqoqların yenidən təmirinə və onların bərpa olunmasına həmişə xüsusi qayğı göstərilib və bu, indi də davam etdirilir. Ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda 500-dən çox məscid tikilib, yüzlərlə məscid təmir edilib.
Dini, mədəni və tarixi abidələrin bərpasına böyük dəstək verən, Ulu öndərin siyasətinin, ideologiyasının layiqli davamçısı olan Prezident İlham Əliyev bir çox dini abidələrin bərpası ilə bağlı sərəncamlar imzalayıb, tapşırıqlar verib. Dövlətimizin başçısı deyib: “İslam sülh dinidir, mehribanlıq dinidir, dözümlülük dinidir, tolerantlıq dinidir”.
Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, Azərbaycan bir sivil dövlət kimi dünyaya nümunədir, bəzi dövlətlər dinlərə, millətlərə necə münasibət göstərməyi, multikulturalizmi, tolerantlığı ölkəmizdən öyrənməlidirlər. Ölkəmizdə hər hansı bir dinə qarşı radikal yanaşmalar yoxdur və əminik ki, gələcəkdə də olmayacaqdır.
M.Qurbanlı ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışıb, ölkədə qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısının alınması üçün mühüm tədbirlərin görüldüyünü, konfransların keçirildiyini diqqətə çatdırıb. DQİDK-nın sədri mövzunun aktuallığını qeyd edərək, tələbələrin bu istiqamətdə maarifləndirilməsinin ölkənin təhlükəsizliyi naminə vacib olduğunu söyləyib. Vurğulanıb ki, bəzi dövlətlər əslində islamofobiya adı altında qorxu yaradaraq nəinki ayrı-ayrı dinləri, eyni zamanda dinlər daxilindəki cərəyan və təriqətləri üz-üzə qoymaqla bütün bəşəri sivilizasiyaları bir-birinə qarşı radikallaşdırırlar. Bəziləri hətta çox sürətlə inkişaf edən ölkəmizdə də təriqətlərarası radikallaşdırma təbliğatı aparmağa belə çalışırlar. Lakin Azərbaycan dövləti həmişə bütün dinlərə və mədəniyyətlərə qarşı tolerantlıq nümayiş etdirir, ehtimal olunan hər hansı xarici təxribatların qarşısını vaxtında alır. Dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquqları qorunur.
Sonra M.Qurbanlı tədbir iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42

