Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 23 il ötdü...
19.05.2015 [09:33]
Mayın 18-də Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunmasının 23-ci ildönümü tamam oldu. Xatırladaq ki, bu işğal nəticəsində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub. İşğal nəticəsində rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. Rayonun 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına məcburi köçkün düşüb...
Azərbaycanın qala qapısı adlandırılan Laçın rayonu strateji cəhətdən olduqca mühüm əhəmiyyətə malik bir ərazi sayılır. Şuşanın işğalının ardından artıq Laçın demək olar ki, hər an erməni hücumu ilə üz-üzə dayanmışdı. Həmin dövrdə isə paytaxtda Ayaz Mütəllibovla AXC-”Müsavat” cütlüyü arasında hakimiyyət uğrunda savaş başlamışdı. Məhz bunun nəticəsi idi ki, mayın 8-i, Şuşanın işğalı günündən sonra AXC-”Müsavat” qruplaşmasının rəhbərlərinin yaratdığı və öz maraqlarının qulluqçusuna çevirdikləri “könüllü özünümüdafiə” dəstələrini və milli ordu adı altında fəaliyyət göstərən silahlı qrupları Laçının ərazisinə çəkirdilər. Onların başı paytaxtda vəzifə davasına qarışdığı bir dövrdə Laçın hazırlıqsız şəkildə erməni həmləsinin hədəfinə çevrilirdi.
1992-ci il may ayının 17-də ermənilər Laçın rayonunu güclü artilleriya atəşinə tutdular. Rayonu müdafiə etməyə çalışan yerli insanlar yaşlıları və körpələri rayonun çıxacağına yığmışdılar. Onlar hələ də paytaxtdan xəbər və kömək gözləyirdilər. Amma bilmirdilər ki, cəbhə bölgəsindən çıxarılan silahlı dəstələr Bakıya AXC-”Müsavat” qruplaşması ilə Ayaz Mütəllibov arasındakı savaşda tərəf olmağa gedib. Həm də torpağını erməni işğalına tərk etmək bahasına...
1992-ci il mayın 18-də Laçının işğalı ilə Ermənistandan Dağlıq Qarabağa dəhliz açıldı və bu “humanitar dəhliz”, əslində, qanlı körpüyə çevrildi. Laçın vasitəsilə qısa zamanda külli miqdarda silah, döyüş sursatı, hərbi qüvvə həmin əraziyə daşındı. Bu isə digər rayonların işğalına münbit şərait yaratdı...
Hazırda isə, laçınlıların kompakt yaşadığı ərazi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsidir. 70,5 min nəfər Laçın əhalisinin 13 min nəfəri bu gün Taxtakörpüdə məskunlaşıb, rayonun inzibati idarələri də məhz burada yerləşir. Laçın rayonunun respublikanın fərqli bölgələrində fəaliyyət göstərən 20 ümumtəhsil məktəbi, 3 səhiyyə və 6 mədəniyyət müəssisəsi cari və əsaslı təmir olunub, uşaq bağçaları tikilib istifadəyə verilib. Taxtakörpü qəsəbəsində laçınlı şəhidlərin adlarının əbədiləşdirilməsi üçün Xatirə Kompleksi ucaldılıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Dövlət Proqramına əlavələrə müvafiq olaraq, bu ərazidə məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə bağlı problemləri həllini tapıb. Bundan başqa, Taxtakörpü qəsəbəsinə təbii qaz xəttinin çəkilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Dövlət Neft Şirkətinə müraciət əsasında bu problem də aradan qaldırılıb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrin icrası əsasında Laçın rayonundan olan 313 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı Taxtakörpü, 239 laçınlı ailəsinin məskunlaşdığı Ağcabədi rayonu ərazisindəki “Alman” və “Yasıyol” fin tipli qəsəbələrindəki sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni qəsəbə tikilib.
Laçın sakinləri bu gün də öz doğma yurdlarının həsrətilə yaşayırlar. Amma inanırlar ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs işğal altında olan torpaqlarımızın azadlığına yol açacaq. Prezident İlham Əliyev hər zaman laçınlıların problemlərinin həlli ilə yaxından maraqlanır, onların sosial vəziyyətlərinin yüksəldilməsi, yaşayış təminatının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır. Bu gün ölkəmizin yürütdüyü xarici siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üstünlük əldə etməmizə şərait yaradıb. İqtisadi cəhətdən inkişaf etmiş Azərbaycanın güclü ordusu var və Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək üçün hər bir vasitədən istifadə etməyə qadirdir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16

