“Vergilər uşaqların gözü ilə” ənənəvi rəsm müsabiqəsi keçirilib
02.06.2015 [16:15]
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vergilər Nazirliyinin və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təşkilatçılığı ilə “Vergilər uşaqların gözü ilə” adlı 13-cü ənənəvi rəsm müsabiqəsi keçirilib. Tədbiri Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açaraq müsabiqənin əhəmiyyəti barədə danışıb. O bildirib ki, hər il bu ərəfədə “Vergilər uşaqların gözü ilə” devizi altında baş tutan rəsm və inşa müsabiqəsində 5-8, 9-12 və 13-17 yaş kateqoriyalarına aid olan məktəblilər iştirak edir və vergilər barədə aldıqları bilikləri kağız üzərinə köçürürlər.
Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov gənc nəslin nümayəndələri arasında vergi mədəniyyətinin aşılanması, cəmiyyətdə vergilərin könüllü ödənilməsi prinsiplərinin təbliğ olunması sahəsində Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət strukturları tərəfindən görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, müsabiqəyə təqdim olunmuş əsərlərdə əks etdirilən vergilərlə bağlı süjetlər gənc nəsildə vergi biliklərinin formalaşmasına xidmət edir. Builki müsabiqə 2015-ci ilin aprel ayından start götürüb, 220-dən çox rəsm nümunəsi və inşa münsiflər heyəti tərəfindən dəyərləndirilərək qaliblər müəyyən olunub.
Vergi ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi Elçin Məmmədov bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd vergilər haqqında anlayış və bilikləri uşaqların başa düşəcəyi təsvirlər vasitəsilə gələcəyin vergi ödəyiciləri olan gənclərə çatdırmaqdan ibarətdir. Onun sözlərinə görə, hər il müsabiqədə iştirak etmiş rəsm əsərləri albom şəklində nəşr olunur və Vergilər Nazirliyinin qatıldığı sərgi və tədbirlərdə nümayiş etdirilir. Mükafata layiq görülmüş rəsm əsərlərinin çoxu hazırda nazirliyin inzibati binasının divarlarını bəzəyir və builki müsabiqəyə təqdim edilmiş əsərlərin ən yaxşılarından da bu məqsədlə istifadə ediləcək. İndiyə kimi bu müsabiqədə 3 mindən çox rəsm əsərinin iştirak etdiyini deyən E.Məmmədov sərgiyə təqdim olunan rəsmlərin ildən-ilə təkmilləşdiyini, mövzu çalarlarının zənginləşdiyini də diqqətə çatdırıb.
Rəsm müsabiqəsi çərçivəsində asfalt üzərində rəsmlər də maraqla qarşılanıb.
Sonda rəsm və inşa üzrə builki müsabiqənin qalibləri elan edilib, onlara diplom və hədiyyələr təqdim olunub. İnşa müsabiqəsində Abdullayeva Nərmin 1-ci, Əliyeva Asya 2-ci, Şahhüseynov Amil 3-cü yerə, rəsm müsabiqəsində isə 5-8 yaş qrupu üzrə Talıbova Fatimə 1-ci, Ağamalıyeva Melisa 2-ci, Talıbov Cavad 3-cü yerə, 9-12 yaş qrupu üzrə Abdulov Cəmil 1-ci, Kərimli Güllü 2-ci, Əsədzadə Jalə 3-cü yerə, 13-17 yaş qrupu üzrə Quliyeva Nigar 1-ci, Şahquliyeva Səbinə 2-ci, Dadaşova Taira 3-cü yerə layiq görülüblər.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28

