Parlament jurnalistləri 700 bal toplayanları bir araya gətirib
26.08.2015 [10:09]
Avqustun 25-də Bakı Gənclər Evində Parlament Jurnalistlər Birliyinin (PJB) təşəbbüsü və Modern.az xəbər agentliyinin informasiya dəstəyi ilə, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplamış tələbələrlə görüş keçirilib. Görüşdə Milli Məclisin deputatları, Təhsil Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndələri, Gənclər Evinin üzvləri, tələbələr və valideynlər iştirak ediblər.
Modern.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı deyib ki, PJB tərəfindən silsilə olaraq bu cür tədbirlərin keçirilməsində məqsəd təhsil qəhrəmanlarının ölkə miqyasında tanıdılması, eyni zamanda, həmin 15 tələbənin gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə örnək olmasını aşılamaqdır: “Həmçinin, burada məqsəd ölkə üzrə qəbul imtahanlarında rekord nəticə göstərən gənclərə dəstək olmaqla onları gələcək illərdə də daha böyük uğurlara imza atmağa ruhlandırmaqdır”.
İmtahanlarda maksimal nəticə göstərdiklərinə görə, abituriyentləri təbrik edən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər bir islahat ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib.
700 bal toplayan tələbələrə öz arzu və tövsiyələrini çatdıran millət vəkili Sahibə Qafarova istər xaricdə, istərsə də ölkə daxilində təhsil almalarından asılı olmayaraq əsas işin hələ indi başlayacağını vurğulayıb. O, abituriyentlərə hazırda Azərbaycanın müharibə şəraitində olmasını və ölkəyə güclü, peşəkar kadrların vacibliyini nəzərə alaraq xarici universitetlərdə oxusalar belə, yenidən Vətənə qayıtmalarını tövsiyə edib.
Tədbirdə çıxış edən millət vəkili Fuad Muradov öncə əldə edilən bu uğur üçün abituriyentlərin valideyn və müəllimlərinə təşəkkürünü bildirib. Millət vəkili, həmçinin, 700 bal toplayan abituriyentlərə öz tövsiyələrini də verib. O da qeyd olunub ki, elm və təhsilimizin daha sürətli inkişafı, bu sahədəki çatışmazlıqların aradan qaldırılması üçün hər il dövlət büdcəsindən elmə, təhsilə ayrılan vəsaitlər artırılır, yeni məktəblər tikilir, ali məktəblərin maddi-texniki bazası gücləndirilir. Eyni zamanda, təhsil müəssisələri müasir avadanlıqla təmin olunur, təhsilin keyfiyyəti yaxşılaşır, informasiya texnologiyaları məktəblərə gətirilir.
Öz növbəsində, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov və TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə imtahanlarda maksimal nəticə göstərən gənclərin tədris prosesində də uğurla çıxış edəcəklərinə əmin olduqlarını bildiriblər.
Tələbələr onlara göstərilən qayğıya, yaradılan şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Xəbər lenti
Hamısına baxHadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20

