Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans başa çatıb

Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans başa çatıb

27.08.2015 [09:59]

Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans başa çatıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 26-da konfrans işini DQİDK-nın sədr müavini Gündüz İsmayılovun moderatorluğu ilə “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirib. G.İsmayılov gənclərin zərərli təriqətlərin təsirindən qorunması üçün milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının vacibliyindən danışıb. Bildirilib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.
Sonra komitənin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərovun “Sosial mediada din təbliğatı” mövzusunda məruzəsi dinlənilib. O, sosial mediada dini təbliğatın xarakterik xüsusiyyətləri, sosial şəbəkələrin ictimai-siyasi proseslərə təsiri, həmçinin zərərli dini cərəyanların sosial media vasitəsilə sıralarını genişləndirməsi, təhlükəli çağırışlar səsləndirmələri, öz aralarında məlumat mübadiləsi aparmaları və bu problemlərdən çıxış yolları barədə ətraflı məlumat verib.
“Azərbaycanda missionerlik fəaliyyəti” barədə məruzə ilə çıxış edən komitənin dini təhsil sektorunun müdiri Anar Əlizadə ölkəmizdə fəaliyyət göstərən zərərli missioner qruplardan, onların xarakterik cəhətlərindən bəhs edib.

Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31