“Birgəyaşayış modeli Azərbaycan multikulturalizminin brendi kimi öyrənilməlidir”
05.09.2015 [11:09]
Niyaz Niftiyev: Azərbaycanda birgəyaşayışın fəlsəfəsinə diqqət etsək, burada yaşayan müxtəlif xalqların əsrlər boyu ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, özlərinin etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxladıqlarını açıq-aydın görə bilərik
Xəbər verildiyi kimi, bir müddət öncə jurnalist həmkarımız, “Azadinform” agentliyinin baş redaktoru Niyaz Niftiyevin “Azərbaycanda birgəyaşayış və multikulturalizm” adlı kitabı işıq üzü görüb. Müasir dünyada aktual bir məsələyə həsr edilən bu kitabda müəllif bir sıra məqamlara aydınlıq gətirməyə çalışıb. Qəzetimizə açıqlamasında Niyaz Niftiyev öncə onu deyib ki, bu kitabın yazılmasında məqsəd Azərbaycanın multikulturalizm siyasətini təbliğ etmək idi və qismən də olsa buna nail olub: “Çünki mənə qədər bu mövzu bu şəkildə geniş və hərtərəfli işlənilməyib. Bir məsələni xüsusi vurğulayım ki, Azərbaycanda milli azlıqların öyrənilməsinə maraq Sovet dövründə kifayət qədər güclü olub. Xüsusən də Sovet alimləri bu məsələyə xeyli maraq göstəriblər. 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti yarandıqdan sonra milli azlıqların öyrənilməsi prosesi daha geniş vüsət alıb. Sovet dövründə olduğu kimi, müstəqillik illərində də daha çox milli azlıqlar mövzusu konkret sahələr üzrə araşdırılıb. Bu araşdırmaçılardan biri tarix elmləri doktoru Qəmərşah Cavadov olub. Q.Cavadovun əsərlərində Azərbaycanda yaşayan milli azlıqların hamısı əhatə olunsa da, onların bir çox özəlliklərinin tədqiqi ömür vəfa etmədiyindən ona müyəssər olmayıb. Bəzi alimlərimiz isə konkret milli azlıqlarla bağlı araşdırma aparmağa üstünlük veriblər”.
Onun sözlərinə görə, araşdırmanın məqsədi milli azlıqların tədqiq edilməyən və yaxud da araşdırılmaya az cəlb olunan tərəflərinin öyrənilməsi olub: “İlk növbədə, müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısı araşdırılıb. Məsələn, milli azlıq anlayışının xarakteristikası istər dünya, istərsə də Azərbaycan alimlərinin baxış bucağından öyrənilib. Həmçinin, birgəyaşayışda azərbaycançılıq ideologiyası milli birliyin əsası kimi göstərilib, Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə gördüyü mühüm işlər diqqətə çatdırılıb. Bundan başqa, Azərbaycan dövlətçiliyinə qəsdlər və onların qarşısının alınması, ölkədə birgəyaşayış naminə həyata keçirilən dövlət siyasəti, beynəlxalq konvensiyalar və onların milli qanunvericilikdə təsbiti, beynəlxalq qurumların respublikada milli azlıqlarla bağlı siyasətə münasibəti, milli azlıqların hüquqlarının təmin edilməsində Ombudsmanın rolu, təhsil siyasəti, mədəni müxtəliflik, Azərbaycan mətbuatında multikulturalizm ənənələri, dini etiqad azadlığının təmin edilməsi kimi mövzular yenidir və bizə qədər araşdırma mövzusu olmayıb. Ümumilikdə kitabda beynəlxalq aləmdə etimadsızlıq mühitinin formalaşdığı, irqçilik, millətçilik, ksenofobiyanın genişləndiyi, etnik və milli dözümsüzlüyün az qala həyat tərzinə çevrildiyi bir reallıqda birgəyaşayışın Azərbaycan modeli faktlar və sənədlər əsasında araşdırılıb, tolerantlığın milli mentalitetimizə xas keyfiyyət olduğu çoxsaylı qaynaqlara müraciət etməklə sübuta yetirilib”.
Qəzetimizə müsahibəsində “birgəyaşayış modeli Azərbaycan multikulturalizminin brendi kimi öyrənilməlidir” deyən N.Niftiyevin sözlərinə görə, Azərbaycanda birgəyaşayışın fəlsəfəsinə diqqət etsək, burada yaşayan müxtəlif xalqların əsrlər boyu ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, özlərinin etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxladıqlarını açıq-aydın görə bilərik: “Ümummilli lider Heydər Əliyevin uğurlu daxili siyasəti ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmağı, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində dəstək göstərilməsini tələb edirdi. Eyni zamanda, Prezident İlham Əliyev yüz illər boyu Azərbaycanda formalaşmış milli keyfiyyətlərin və cəmiyyətimizdəki etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasına və təşviqinə xüsusi həssaslıqla yanaşır, Azərbaycanın burada yaşayan bütün xalqların ümumi vətəni olduğunu dönə-dönə vurğulayır”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

