Alban Apostol kilsəsi - Azərbaycan tarixinin səhifələrindəndir
13.10.2015 [09:28]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Alban Apostol kilsəsi: tarixi baxış” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, müzakirəyə çıxarılan bu məsələ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə qaldırılıb və bu istiqamətdə bir sıra əməli işlər görülüb.
Tədbirdə tarix elmləri doktoru Həcər Verdiyeva Azərbaycan tarixinin orta əsrlər mədəniyyətinin nümunələrindən olan Alban apostol avtokefal kilsəsi haqqında məlumat verib. O qeyd edib ki, bu, Qafqazın ən qədim kilsəsidir. Qədim Şərq kilsələrinin qəbul olunmuş kanonları əsasında fəaliyyət göstərən kilsə Sasani-Bizans, Sasani-Ərəb qarşıdurmasının nəticəsində ağrılı günlər yaşamış, VIII əsrin əvvəllərində erməni-qriqorian kilsəsinin məkri və Qafqazı öz coğrafi çərçivəsinə salmış Ərəb xilafətinin bölgədə apardığı konfessional siyasət nəticəsində iyerarxik baxımdan erməni-qriqorian kilsəsinə tabe edilmişdir. Lakin itirilmiş mövqeyi uğrunda mübarizə aparan Alban apostol kilsəsi XIII əsrin birinci yarısında öz avtokefallığını bərpa etmiş, Qanzasar monastırı Alban apostol avtokefal kilsəsinin iqamətgahına çevrilmişdir. Alban Apostol kilsəsinin fəaliyyəti ilə barışa bilməyən erməni-qriqorian kilsəsi Rusiyanın Qafqaz siyasətinin istiqamətlərindən yararlanmaq niyyəti ilə XVIII əsrin sonlarından etibarən Romanovlar Rusiyasının sarayına daxil ola bilmiş, XIX əsrin birinci otuzilliyində Azərbaycanın şimal torpaqlarını işğal edən Rusiya imperiyası, “erməni kartına” önəm verərək Alban kilsəsini erməni-qriqorian kilsəsinin idarəçiliyinə verməyi qərara almış, beləliklə Azərbaycanın tarixi yaddaşına zərbə endirilmişdir.
“Dəyirmi masa”da tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü F.Məmmədova, Norveç alimi - albanşünas B.Veyge, tarix elmləri doktoru M.Paşayeva, tarix üzrə fəlsəfə doktorları M.Xəlilov, T.Əliyev, Ü.Hacıyeva, N.Mustafa, Alban-Udin xristian icmasının sədri R.Mobili kilsə ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, XIX əsrin ilk onilliklərində Alban Apostol kilsəsi özünün faciəvi günlərini yaşayıb. Rusiya imperatoru I Nikolayın 1836-cı il 11 mart tarixli fərmanı erməni-qriqorian kilsəsinin Alban Apostol kilsəsinə olan iddialarının reallaşması üçün münbit şərait yaradıb və bu vəziyyətdən istifadə edərək, Alban apostol kilsəsinin mülkünü ələ keçirən erməni-qriqorian kilsəsi onun arxivlərini məhv edib, Azərbaycan torpaqlarına qarşı irəli sürülən əsassız iddialarının reallaşması üçün məqam axtararaq XX əsrin əvvəllərindən etibarən bu istiqamətdə müntəzəm fəaliyyət göstərib.
Məruzələr ətrafında aparılan fikir mübadiləsi zamanı tarixçilər bildiriblər ki, XIX əsrin birinci yarısında yaranmış vəziyyətdə udinlərin bir qismi assimilyasiyaya məruz qalsalar da erməni-qriqorian kilsəsinə tabe olmaq istəməyib, etnik identikliyini qoruyub saxlayıb, Azərbaycan tarixinə bağlı olub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05

